Milli Azərbaycan Tarixi Muzeyində
açıq dərs
AMEA-nın
Milli Azərbaycan Tarixi Muzeyində ingilis alimi, ilk buxar gəmisinin
müəllifi və ilk sualtı qayıq yaratmış
ixtiraçı Robert Fultona həsr olunmuş açıq dərs
keçirilib.
“Azərbaycan Tarixçiləri” İctimai
Birliyi idarə heyətinin sədri Namiq Rüstəmov
UNİSER fərdi məktəbinin şagirdlərinə
keçdiyi açıq dərsdə görkəmli ingilis
mühəndisi və ixtiraçısı Robert Fulton
haqqında danışıb. Şagirdlərə həmçinin
Deni Papen, Conatan Holls, Ceyms Uatt, Con Fitç, Uilyam Sayminqton kimi
mühəndis və ixtiraçıların tədqiqatları
barədə də məlumat verilib, ilk buxar mühərrikinin
maketi nümayiş olunub.
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 4.