“Divarların o
üzü”
Tbilisidəki tanınmış “Atoneli” teatrında Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyor kollektivinin təqdimatında türk yazıçısı Turqut Özakmanın “Divarların o üzü” (“Duvarların ötesi”) adlı əsərinin premyerası olub. Tamaşada əsas rolları gənc aktyorlardan Aslan Məmmədov, Fazil Bayramov, Azər Əliyev, Aysel Məmmədova, Anar Rafiqoğlu və Namiq Valehoğlu oynayıb.
Quruluşçu rejissor, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Valehoğlu açıqlamasında əsərin məhbus həyatından bəhs etdiyini bildirib: “Türk yazıçısının əsərinə müraciət etməyimiz təsadüfi deyil. Biz gələcəkdə əsəri türk dilində də oynamaq fikrindəyik. Dilimizdə elə də fərq yoxdur. Çalışacağıq ki, yeni ildə Tiflisdə yaşayan türklər də bu əsərin tamaşasına baxa bilsinlər”.
Premyeranı Marneuli, Qardabani və Bolnisidən gələn tamaşaçılar da izləyiblər.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 24
yanvar.- S. 6.