“Xəzər dənizində yanan alovlar

 

Alman mediasında Azərbaycan haqqında məqalələr

 

Almaniyanın “Frankfurter Neue Presse” qəzetində Azərbaycan haqqında məqalə dərc olunub. “Xəzər dənizində yanan alovlar” sərlövhəli məqalədə Azərbaycanın zəngin mədəniyyəti, tarixi abidələri haqqında məlumat verilir. Müəllif Azərbaycanda hələ qədim zamanlardan odun müqəddəs sayılmasından, ölkədə zərdüştiliyin izlərinin qalmasından bəhs edir.

Yazıda dünyada qədim neft diyarı kimi tanınan Azərbaycanın enerji resursları ilə zəngin olduğu bildirilir, vaxtilə Nobel qardaşlarının və Rotşild ailəsinin burada fəaliyyətindən söhbət açılır.

Müəllif Bakıdakı müasir tikililər, “Alov qüllələri” kompleksi, Dənizkənarı bulvar, həmçinin ölkəmizdə geniş yayılmış xalça sənəti, Azərbaycan caz musiqisinin banilərindən biri Vaqif Mustafazadə haqqında da məlumat verir.

Almaniyanın “Manager-magazin” jurnalının elektron versiyası olanManager-magazin.de” saytında yer alan məqalədə ölkəmizin tarixindən, mədəniyyətindən və turizm imkanlarından, Eurovision-2012” müsabiqəsinin keçirildiyiCrystal Hall”, qədim memarlıq abidələri, UNESCO-nunDünya mədəni irs siyahısı”na salınmış Şirvanşahlar saray kompleksindən bəhs edilir.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 8.