“Bəxtiyar”ın Saşası

 

Tamaşaçıların çoxu “Bəxtiyar” filmində Saşa obrazını sevə-sevə izləyir. Bu obrazı Rusiyanın Əməkdar artisti Tamara Çernova canlandırıb. Aktrisa uzun fasilədən sonra məhz bu obrazla kinoya geri dönüb.

O, 1928-ci il yanvarın 2-də Sverdlovskda (Yekaterinburq) əkiz bacısı Viktoriya ilə birlikdə dünyaya gəlib. Atası Aleksandr partiya işçisi, anası Anastasiya mühasib işləyirdi. Əkizlərdən əvvəl də Klara adında qızları dünyaya göz açmışdı. Tamara Çernova orta məktəbdə oxuyarkən musiqi peşə məktəbində fortepiano üzrə təhsil almış, lakin bu təhsil yalnız bir il davam etmişdi. Böyük Vətən müharibəsi başlayanda Tamara digər uşaqlar kimiUralmaşzavodunda işləməklə yanaşı, hospitallarda növbətçilik edirdi.

Müharibədən sonra atasının işi ilə əlaqədar ailəliklə Kiyev şəhərinə köçürlər. Orada Tamara Rus Dram Teatrının studiyasına daxil olur 1947-ci ildə oranı bitirir. Sonra Leninqrad (Sankt-Peterburq) şəhərində Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur, amma orada bir il oxuyur.

Yaradıcılığa uğurlu karyeraya qədəm qoyması isə bir təsadüfdən qaynaqlanıb. 1948-ci ildə Georgi Natanson Konstantin YudinQoçaq insanlarfilmində baş rola aktrisa axtarırdılar. Təsadüfən yol ilə gedən G.Natanson fotoatelyenin qarşısından keçərkən vitrində Tamaranın portretini görür. Qız onun çox xoşuna gəlir o, fotoqrafdan Tamaranın ünvanını öyrənir, onu sınaq çəkilişlərinə dəvət edir. Beləliklə, Tamara baş rola təsdiq olunur.

1950-ci ilin sentyabrında ekranlara çıxanQoçaq insanlarfilmi ilə Tamara Çernova dərhal məşhurlaşır. Həmin ilMosfilm”də kostyum üzrə rəssam işləyən Konstantin Savinski ilə ailə həyatı qurur. Bu nikahdan onların bir qızları olur. Aktrisa ana olduqdan sonra yeni filmlərə çəkilmək təkliflərindən imtina edir. Moskva Akademik Bədaye Teatrı (MXAT) məktəb-studiyasının ikinci kursuna qəbul olunur. Oranı 1953-cü ildə bitirdikdən sonra, Mossovet adına teatrın truppasında işləməyə başlayır, bir-birindən maraqlı rollar oynayır. Onlardan ən maraqlısı M.Y.LermontovunMaskaradtamaşasında Nina rolu idi.

Tamara Çernova 1955-ci ildə Bakı studiyasında Lətif Səfərovun çəkdiyiBəxtiyarfilmində Saşa rolu ilə kinoya qayıdır. Aktrisa bu rolu məharətlə oynadığına görə azərbaycanlı kinosevərlərin sevimlisinə çevrilir. Bundan sonra sovet tamaşaçıları onuGəncliyə səyahətfilmində Marina, “Zadəgan yuvası”nda Mariya Dmitriyevna, “Müdafiəçi Sedov”da Mariya Antonovna başqa rollarda görürlər.

İkinci dəfə vəkil Boris Bruşteynlə ailə həyatı quran aktrisa onunla 10 il yaşayır. Ürək xəstəliyindən ayaq ağrısından əziyyət çəkən Tamara Çernova 1991-ci ildə teatrı tərk edir. Kinoda az-az çəkilir, 1998-ci ildə AmerikadaYazıq Liza” serialında yaşlı qadın rolunu oynayır. 86 yaşlı Tamara Çernova hazırda Amerikada yaşayır. İngiltərədə ali maliyyə məktəbini qurtarmış nəvəsi ilə fəxr etdiyini deyir...

 

Səbinə Əlibalaqızı

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 14.