Göyçayda Mədəniyyət və Turizm Nazirliyinin zona müşavirəsi

 

Yanvarın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax şəhər, Göyçay, Daşkəsən, Göygöl, Samux, Ucar, Kürdəmir rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin müşavirəsi keçirilib.

Müşavirədə nazirliyin məsul işçiləri, adıçəkilən şəhər və rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, Heydər Əliyev muzeylərinin, tarix-diyarşünaslıq və ev-muzeylərin, mərkəzləşdirilmiş kitabxana sistemlərinin, uşaq musiqi və incəsənət məktəblərinin, rəsm qalereyalarının direktorları iştirak ediblər. Sözügedən müəssisələrin fəaliyyəti geniş müzakirə olunub, ölkə Prezidentinin mədəniyyət və turizm sahəsi ilə bağlı sərəncamlarının yerlərdə icrası ilə bağlı tapşırıqlar verilib. Müşavirə barədə növbəti sayımızda geniş məlumat verəcəyik.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 2.