“Yaponiya
müsabiqəsinin qalibləri”
Yanvarın 28-də “Abşeron” rəsm qalereyasında “Yaponiya müsabiqəsinin qalibləri” mövzusunda sərgi açılıb. Sərgidə üç yeniyetmə rəssamın - Cavidan Əhmədovun, Məhəmməd İsmayılovun və Nərgiz Əmiraslanovanın 60-dək əl işi - qrafik kompozisiyalar və yağlı boya ilə işlənmiş tablolar nümayiş olunur.
Cavidan Əhmədovun
kompozisiyalarından biri ona
Yaponiyada beynəlxalq müsabiqədə birincilik qazandırıb. Məhəmməd İsmayılov
da 2012-ci ildə Yaponiyada
çoxfiqurlu kompozisiyası ilə uğur qazanıb. Nərgiz
Əmiraslanovanın isə cəmi 8 yaşı var və onun sənət
nailiyyətləri hələ irəlidədir. Sərgi
fevralın 3-dək davam edəcək.
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 2.