Ağdam teatrında premyera
Ağdam Dövlət Dram Teatrında Süleyman Ələsgərovun (libretto müəllifi Süleyman Rüstəm) “Durna” musiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Teatrın baş rejissoru Kərim Həsənovun quruluş verdiyi səhnə əsərinin musiqi tərtibatçısı Azər Şükürov, rəssamı Elman Balakişiyevdir.
Vokal nümunələri ilə zəngin tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Suliddin Quliyev, Cəfər Bayramov, Elşən Cavadov, Xəyalə Xudadatova, Afaq Əliyeva və başqaları oynayıblar.
Tamaşadan sonra çıxış edən
teatrın direktoru Fəxrəddin Hacıbəyli
sənət ocağının yaşadılmasına göstərilən
qayğıya görə kollektiv
adından dövlət başçısına minnətdarlığını
bildirib. 2011-ci ildən əsaslı təmir
olunan Quzanlı mədəniyyət evində
fəaliyyət göstərən teatr M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”,
M.Füzulinin “Yeddi cam”, İsi Məlikzadənin
“Gəl, qohum olaq”,
Əli Əmirlinin “Onun iki
qabırğası”, Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər”
və başqa əsərlərlə
tamaşaçıların görüşünə gəlib.
Hazırda teatrda İlyas
Əfəndiyevin “Dəlilər və ağıllılar” pyesi əsasında tamaşanın məşqləri
gedir.
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 4.