“Babu”: müasir tarix haqqında qeyri-adi film
Yanvarın 24-də Nizami Kino Mərkəzində
Azərbaycan və
Belarus kinematoqrafçılarının çəkdiyi “Babu” bədii filminin premyerası olub.
Film Belarusun Mədəniyyət
Nazirliyinin, “New Wave Production” kino şirkətinin sifarişi, “Belarusfilm” kinostudiyasının iştirakı
ilə çəkilib.
Ekran əsərinin prodüserlərindən
biri “Nərimanfilm” kinostudiyasıdır.
Nümayişdən əvvəl Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının icraçı
katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək
Azərbaycan və
Belarus kinematoqrafçılarının əməkdaşlığından söz açıb, filmin yaradıcı heyətini təbrik edib.
Belarusun Azərbaycandakı səfiri
Nikolay Patskeviç ölkələrimiz arasında
diplomatik münasibətlərin
20-ci ildönümünə təsadüf edən ekran əsərini müasir tarix haqqında qeyri-adi film adlandırıb.
Səfir baş rolun - balaca Leylanın ifaçısı Həmayil
Həsənovaya, digər
azərbaycanlı aktyorlar
Kamran Ağabalayev və Nigar Əhmədovaya
təşəkkürnamələr təqdim edib.
Hadisələri Belarus, Rusiya və Azərbaycan ərazisində cərəyan
edən film kriminal ekşen janrında çəkilib. Moskvada işgüzar səfərdə
olan Azərbaycan biznesmeninin
kiçik qızını
oğurlayırlar. Qızı Avropaya aparmaq üçün onu Belarusdan keçirərək
Qərb sərhədinə doğru hərəkət
edirlər. Lakin təsadüflər və
gözlənilməz hadisələr əməliyyatın qabaqcadan düşünülmüş
gedişini pozur.
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 5.