Ankarada türk
dünyası bəstəkarlarının əsərləri səslənib
Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatının təşəbbüsü ilə Türkiyənin müxtəlif şəhərlərində “Türk dünyası müasir klassik musiqisinin şah əsərləri” adlı konsertlər keçirilir. Yanvarın 24-də Ankaradakı Gənclik Parkı Mədəniyyət Mərkəzində gerçəkləşən konsertdə azərbaycanlı solist Nigar Cəbiyeva və türkiyəli sənətçi Selva Erdener Qazaxıstanın Karaqanda Simfonik Orkestrinin müşayiəti ilə türk dünyası bəstəkarlarının operalarından ariyaları ifa ediblər.
Pyotr Qribanovun
dirijorluğu ilə keçən konsertdə
Azərbaycan bəstəkarları Qara Qarayev, Niyazi və Fikrət
Əmirovun əsərləri də səsləndirilib.
Növbəti konsertlər 25 yanvarda
Əskişəhərdə, ayın 26-da isə Bursada keçirilib.
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 10.