“Türkvizyon”un azərbaycanlı qalibi “Hazar World” jurnalında
Xəzər Strateji Araşdırmalar İnstitutunun Türkiyədə
türk, ingilis və rus dillərində
nəşr etdirdiyi “Hazar World” jurnalının
yanvar nömrəsində
“Türkvizyon” beynəlxalq
mahnı müsabiqəsinin
qalibi olan azərbaycanlı Fərid
Həsənovdan bəhs
edilib. “Türkvizyon”un ilk ünvanı: Eskişehir” sərlövhəli
məqalədə bildirilir
ki, müsabiqə türk dünyasından
300 milyon insanı ekran qarşısına toplayıb.
Yarışmanın türk dünyasının müasir
musiqisinin dünyada
tanıdılması və türkdilli xalqlar arasında mədəni əlaqələrin
möhkəmlənməsinə xidmət etdiyi,
24 təmsilçinin qatıldığı yarışmada azərbaycanlı
Fərid Həsənovun qalib olduğu vurğulanır.
Mədəniyyət.- 2014.- 29
yanvar.- S. 12.