“Laçınım”
nisgili ilə dünyadan
getdi
Azərbaycanın Əməkdar artisti, tanınmış müğənni Məhəbbət Kazımov yanvarın 27-də dünyasını dəyişib. Müğənni uzun müddət idi ki, şəkərli diabet və hipertoniyadan əziyyət çəkirdi.
Məhəbbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə yaşıdlarından seçilib. Musiqi təhsili almaq üçün 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Xalq artisti Ağaxan Abdullayevin sinfində oxuyub.
1976-cı ildən professional səhnədə çıxış
edib. Görkəmli musiqiçi Gülarə
Əliyevanın rəhbərlik
etdiyi “Dan ulduzu”" ansamblının solisti olub. Türkiyədə,
Rusiyada, İranda, Çexiya və digər ölkələrdə
qastrol səfərlərində
olub. 2012-ci ildə Azərbaycan Respublikasının
"Əməkdar artisti"
fəxri adına
layiq görülüb.
Müğənni bir çox xalq mahnısı və muğamların, bəstəkar mahnılarının
mahir ifaçısı
olub. Onun ifasında “Laçınım”
mahnısı xüsusilə
sevilirdi. “Laçın” instrumental ansamblının
rəhbəri idi.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2014.- 29 yanvar.-
S. 14.