“Xo­ca­lı soy­qı­rı­mı” ki­tab­ça­sı Ko­re­ya di­lin­də

 

   Hey­dər Əli­yev Mər­kə­zi­nin Xo­ca­lı soy­qı­rı­mı haq­qın­da in­gi­lis di­lin­də ha­zır­la­dı­ğı “Kho­jaly Ge­no­ci­de” ad­lı ki­tab­ça Azər­bay­ca­nın Ko­re­ya Res­pub­li­ka­sın­da­kı sə­fir­li­yi tə­rə­fin­dən bu öl­kə­nin di­li­nə tər­cü­mə edi­lə­rək 5 min nüs­xə­də çap edi­lib.

Ki­tab­ça­da Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ böl­gə­si­nin ta­ri­xi və mə­də­ni abi­də­lə­ri, Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si­nin ya­ran­ma­ sə­bəb­lə­ri, 1992-ci il fev­ra­lın 26-da Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən Xo­ca­lı şə­hə­rin­də mül­ki əha­li­yə qar­şı tö­rə­dil­miş soy­qı­rı­mın­dan söz açı­lır.

Nəşr­də Xo­ca­lı soy­qı­rı­mı­nın bey­nəl­xalq ic­ti­maiy­yət tə­rə­fin­dən ta­nın­ma­sı məq­sə­di­lə Hey­dər Əli­yev Fon­du­nun vit­se-pre­zi­den­ti Ley­la xa­nım Əli­ye­va­nın irə­li sür­dü­yü “Xo­ca­lı­ya əda­lət” (“Jus­ti­ce for Kho­jaly”) kam­pa­ni­ya­sı haq­qın­da mə­lu­mat­lar və fo­to­şə­kil­lər də yer alıb.

Ki­tab­ça­nın Ko­re­ya Res­pub­li­ka­sı­nın döv­lət və hö­ku­mət rəs­mi­lə­ri­nə, təh­sil ocaq­la­rı, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri və Ko­re­ya ic­ti­maiy­yə­ti­nə çat­dı­rıl­ma­sı nə­zər­də tu­tu­lub.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 2.