“Gəncliyin
səsi” festivalı
davam edir
Gənc rəssamların
əsərlərindən ibarət sərgi
2 fevral - Gənclər Günü münasibətilə
Mədəniyyət və
Turizm Nazirliyinin təşkil etdiyi “Gəncliyin səsi” incəsənət festivalı
davam edir. Yanvarın 30-da LN İncəsənət Mərkəzində
gənc rəssamların əsərlərindən ibarət
“ÜFÜQ” adlı sərgi keçirildi.
Tədbiri Dövlət
Rəsm Qalereyasının direktoru Elnur Hüseynov
açaraq sərgi barədə məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi yaradıcı
gənclərin, o cümlədən
gənc rəssamların yaradıcılığına
hər zaman böyük
diqqət ayırır: “Biz də tədbirlərimizdə
çalışırıq ki, onların
yaradıcılığını, sənət axtarışlarını
geniş ictimaiyyətə çatdıraq.
Ötən il Dövlət Rəsm Qalereyası
tərəfindən bir neçə
sərgi təşkil edilib. Dünyanın
heç bir yerində
gənc rəssamlara bizim ölkədə
olduğu qədər diqqət yetirilmir desək, yanılmarıq. Bu dəstəyin nəticəsində
gənc rəssamlarımızın əl işləri
dünyanın sərgi salonlarında, beynəlxalq festivallarda nümayiş
olunur. Gənclərimizi qarşıdan
gələn bayram münasibətilə
təbrik edir, onlara
yaradıcılıq uğurları arzulayıram”.
Mədəniyyət
və Turizm Nazirliyi İncəsənət şöbəsinin
Dövlət əhəmiyyətli tədbirlərin
təşkili və yaradıcı gənclərlə
iş sektorunun məsləhətçisi Sənan
Əhmədov sərginin əhəmiyyətindən danışdı.
Bildirdi ki, nazirliyin Gənclər
Günü münasibətilə
təşkil etdiyi festival
çərçivəsində bir
sıra tədbirlər nəzərdə tutulub.
Yanvarın 31-də Dövlət Gənc Tamaşaçılar
Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının
foyesində gənc rəssamların sərgisi keçiriləcək.
Həmçinin Dövlət Filarmoniyasında gənc
ifaçıların konserti olacaq: “Bütün bu tədbirlər gənclərimizin tanınmasına,
onların yaradıcılığına stimul yaratmağa xidmət
edir”.
Sonra sərgiyə
baxış oldu. Gənc rəssamlar Arif Əmirov, Aysel
Əmirova, Sofiya Mirbabayeva, Elçin Məmmədov,
Fərid Mirzəyev, Nataliya Verxova, Roza Əliyeva,
Həlimə Əsgərova, Məhsəti İbrahimova
və digərlərinin əsərləri maraqla qarşılandı.
Qeyd edək ki,
“Gəncliyin səsi” festivalının tədbirləri
fevralın 7-dək davam edəcək.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 31 yanvar.- S.
2.