Türkiyənin məşhur orkestri Bakıda
Yanvarın
29-da Heydər Əliyev Mərkəzində Türkiyənin
məşhur Bilkənt Simfonik Orkestrinin konserti olub. Orkestrin
bədii rəhbəri İşın Mətinin dirijorluğu
ilə keçən konsertin solisti, məşhur skripka
ifaçısı, Azərbaycanın Əməkdar artisti
Toğrul Qəniyev olub.
Tamaşaçılara
Türkiyə, Almaniya və Rusiya bəstəkarları
Ülvi Camal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun
əsərləri təqdim olunub. Konsert alqışlarla
qarşılanıb.
Bilkənt Simfonik Orkestri
1993-cü ildə Bilkənt Universitetinin tərkibində
yaradılıb. Türkiyə və daha 12 ölkənin
tanınmış musiqiçilərinin çalışdığı
orkestr 2009-cu ildə UNICEF-in Türkiyədə xoşməramlı
səfiri elan olunub.
Kollektiv İtaliya,
San-Marino, İsveçrədə keçirilən beynəlxalq
festivallarda çıxış edib, Almaniya, Portuqaliya,
Belçika və Yaponiyada konsertlər verib.
Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 2.