Mə­də­niy­yət ocaq­la­rın­da yu­bi­ley təd­bir­lə­ri

 

   A­zər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ba­ni­lə­rin­dən bi­ri Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ana­dan ol­ma­sı­nın 130 il­li­yi ilə bağ­lı Ba­kı Şə­hər Mə­də­niy­yət və Tu­rizm İda­rə­si­nin şə­bə­kə­si­nə da­xil olan müəs­si­sə­lər­də də sil­si­lə təd­bir­lər təş­kil olu­nur.

Yan­va­rın 29-da İ.Ə­bi­lov adı­na Mə­də­niy­yət mər­kə­zin­də təd­bir ke­çi­ril­di. Mər­kə­zi­n bə­dii rəh­bə­ri Mi­rəh­məd Əs­gə­rov təd­bi­ri aça­raq Azər­bay­can is­tiq­lal ta­ri­xin­də əvəz­siz ye­ri olan M.Ə.­Rə­sul­za­də­nin si­ya­si fəa­liy­yə­tin­dən, hə­ya­tı­nın ma­raq­lı mə­qam­la­rın­dan söz aç­dı.

Mə­də­niy­yət mər­kə­zi­nin “Şə­la­lə” xalq çal­ğı alət­lə­ri an­samb­lı, “O­ğuz­lar” xalq an­samb­lı, “Vur­ğun” poe­zi­ya teat­rı­nın üzv­lə­ri rən­ga­rəng mu­si­qi nöm­rə­lə­ri ilə çı­xış et­di­lər. Təd­bir­də mü­ha­ri­bə və əmək ve­te­ran­la­rı, 18, 53,172 say­lı or­ta mək­təb­lə­ri­nin şa­gird­lə­ri iş­ti­rak edir­di.

Yan­va­rın 27-də Ni­za­mi Ra­yon Mər­kəz­ləş­di­ril­miş Ki­tab­xa­na Sis­te­mi­nin mər­kə­zi ki­tab­xa­na­sın­da da Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130 il­lik yu­bi­le­yi­nə həsr edil­miş “A­zad­lıq car­çı­sı” möv­zu­sun­da təd­bir ke­çi­ri­lib. Təd­bir­də pay­tax­tın 70 nöm­rə­li mək­tə­bi­nin şa­gird­lə­ri­nin ifa­sın­da şe­ir kom­po­zi­si­ya­sı təq­dim olu­nub.

Sə­bail Ra­yon Mər­kəz­ləş­di­ril­miş Ki­tab­xa­na Sis­te­mi­nin mər­kə­zi ki­tab­xa­na­sın­da da Rə­sul­za­də­nin yu­bi­le­yi ilə bağ­lı mə­ra­sim olub. Təd­bir­də mə­ru­zə­lər din­lə­ni­lib, elekt­ron nəşr­lə­rin ic­ma­lı ke­çi­ri­lib. “Mə­həm­məd Əmin Rə­sul­za­də və is­tiq­lal ide­ya­la­rı” möv­zu­sun­da ki­tab sər­gi­si nü­ma­yiş olu­nub.

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 3.