“Mədəniyyət ocaqlarının inkişafı
bölgələrə turist axınını
da gücləndirəcək”
Göyçayda
Mədəniyyət və Turizm Nazirliyinin zona müşavirəsi
keçirilib
Xəbər
verdiyimiz kimi, yanvarın 28-də Göyçay
şəhərindəki Heydər Əliyev Mərkəzində
mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin iştirakı ilə nazirliyin zona müşavirəsi
keçirilib.
Müşavirədə
nazirliyin məsul işçiləri, Yevlax şəhər,
Göyçay, Ucar, Kürdəmir, Daşkəsən, Samux
və Göygöl rayon mədəniyyət və turizm
şöbələrinin müdirləri, Heydər
Əliyev muzeylərinin, tarix-diyarşünaslıq muzeylərinin,
mərkəzləşdirilmiş kitabxana sistemlərinin,
uşaq musiqi və incəsənət məktəblərinin,
rəsm qalereyalarının direktorları iştirak
edirdilər.
Tədbirdə
çıxış edən nazir Əbülfəs Qarayev
mədəniyyət və turizm sahələrinin inkişafına
dair dövlət proqramları çərçivəsində
ayrı-ayrı rayonlar üzrə görülən
işlərdən geniş bəhs etdi. Əldə
olunan uğurlar, mövcud nöqsanlar,
qarşıda duran vəzifələrdən
və tətbiq ediləcək yeniliklərdən söz açıldı.
Regionlarda fəaliyyət
göstərən mədəniyyət və turizm obyektlərində
ixtisaslı kadrların azlığı məsələsinə
toxunun nazir gənc mütəxəssislərin irəli
çəkilməsinin vacibliyini vurğuladı:
“Hər bir müəssisə sahibi gələcəkdə
onun yerini tuta biləcək kadr hazırlamalıdır.
Rayon gənclərinin hansı sahədə təhsil aldığını
siz daha yaxşı bilirsiniz. Bu sahəyə
marağı olan gənclərlə
əlaqə yaradın, bizə məlumat verin.
Bakıda onlar üçün
kurslar təşkil edək. Sonra onlar qayıdıb
öz rayonlarında layiqincə xidmət
göstərsinlər”.
Əbülfəs Qarayev
həmçinin bildirdi ki, növbəti illərdə
Təhsil Nazirliyi ilə birgə peşəkar kadrların
hazırlanması sahəsində bir sıra tədbirlər
həyata keçiriləcək.
Maddi-texniki baza gücləndiriləcək
Nazir bölgə kitabxanalarının,
uşaq musiqi məktəblərinin, tarix-diyarşünaslıq
muzeylərinin maddi-texniki bazasının yaxşılaşdırılması
istiqamətində atılan addımlardan da danışdı.
Bildirdi ki, normal şəraiti olmayan binalarda fəaliyyət
göstərən mədəniyyət müəssisələrində
mövcud problemlər aradan
qaldırılacaq, maddi-texniki baza gücləndiriləcək: “Bizə
edilən müraciətlərdə musiqi
məktəblərində dərs zamanı audio və video materiallardan istifadəyə şərait
yaradılması təklifini çox
müsbət qiymətləndirirəm. Bunun
üçün çox
böyük maddi
vəsait də tələb olunmur. Bu məqsədlə disklər hazırlanacaq
və bu, şagirdlərə Azərbaycan
bəstəkarlarının musiqi
əsərlərini vizual olaraq daha yaxşı qavrayaraq öyrənmələrinə
kömək edəcək”.
Qeyd olundu ki, ölkə
Prezidentinin tapşırığına əsasən
bölgələrdə sakinlərlə mütəmadi
olaraq görüşlər keçirilir. Bu görüşlər mövcud problemlərin
həlli ilə yanaşı, mədəniyyət
müəssisələrində işin
keyfiyyətinin artırılmasına da
təkan verir. Regionlarda
mədəniyyət və turizmin inkişafı
həm bölgələrə turist
axınını gücləndirəcək, həm
də əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına zəmin yaradır.
Əbülfəs Qarayev
dövlət başçısının mədəniyyət
və turizm sahəsi ilə bağlı imzaladığı
konkret sərəncamların yerlərdə icrasının
vəziyyəti ilə maraqlandı, müvafiq tapşırıqlar
verdi.
Şəraitlə
tanışlıq
Nazir Göyçaya
səfəri zamanı rayonda yerləşən bir
sıra mədəniyyət və turizm obyektlərinə
də baş çəkdi, onların fəaliyyəti
və iş şəraiti ilə tanış oldu.
Əvvəlcə
rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə
gələn Əbülfəs Qarayev kitab fondu və oxu zalına
baxdı, oxucu aktivliyi ilə maraqlandı. Məlumat verildi ki, oxu zalında normal şərait yaradılıb,
sürətli internet mövcuddur.
Kitabxananın istilik sistemi
ilə bağlı problemlərin aradan qaldırılması üçün
tapşırıq verildi.
Göyçay Tarix-Diyarşünaslıq
Muzeyində nazirə
eksponatlar barədə
məlumat verildi. Qeyd olundu ki, 30 ildir fəaliyyət göstərən muzeydə
rayonun ən qədim tarixindən müasir dövrə qədər olan maddi-mədəniyyət
nümunələri toplanıb.
Muzey əməkdaşlarının
iş fəaliyyəti
ilə maraqlanan Əbülfəs Qarayev
müvafiq tapşırıq
və tövsiyələrini
verdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 6.