“Xalqımızın qəhrəmanlıq salnaməsi”
Laçın Dövlət Rəsm Qalereyasının
sərgi salonunda rayon
Mədəniyyət evi ilə birgə
20 Yanvar faciəsinin ildönümü
ilə bağlı silsilə tədbirlər keçirilib.
Üç gün
ərzində keçirilən tədbirlərdə Laçın
rayonunun Bakı şəhərində məskunlaşmış
təhsil müəssisələrinin - 9, 19, 33, 35 saylı
və Bozlu kənd orta məktəblərinin müəllim
və şagird kollektivi iştirak edib.
Tədbirlərdə
Laçın rayon Mədəniyyət və Turizm
Şöbəsinin inspektoru Nizami Rza, məktəblərin
müəllimləri şagirdlərə 20 Yanvar faciəsi
haqqında məlumat veriblər. Qalereyanın
sərgi salonunda nümayiş
etdirilən “20 Yanvar xalqımızın
qəhrəmanlıq salnaməsidir” adlı fotosərgi
böyük marağa
səbəb olub. Şagirdlər 20 Yanvar, şəhidlər haqqında, vətənpərvərlik
ruhlu şeirlər səsləndiriblər.
X.Dünyamalıyev,
Laçın Dövlət Rəsm Qalereyasının
direktoru
Mədəniyyət.-
2014.- 31 yanvar.- S. 6.