“Ö­tən il Gənc­lər Fon­du 680-ə ya­xın la­yi­hə ma­liy­yə­ləş­di­rib”

 

2 fev­ral Azər­bay­can Gənc­lə­ri Gü­nü­dür

 

“Mü­sa­bi­qə elan edər­kən öl­kə­miz­də baş ve­rən pro­ses­lə­ri, gənc­lə­rin ma­raq­la­rı­nı nə­zə­rə alı­rıq”

 

A­zər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 19 de­kabr 2011-ci il ta­rix­li fər­ma­nı ilə ya­ra­dı­lan Gənc­lər Fon­du müx­tə­lif sa­hə­lər­də la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə dəs­tək ve­rir. Bu la­yi­hə­lər ara­sın­da mə­də­niy­yət və tu­rizm sa­hə­lə­ri­nə nə də­rə­cə­də yer ay­rı­lır? 2 fev­ral - Gənc­lər Gü­nü ilə bağ­lı fond tə­rə­fin­dən han­sı təd­bir­lər real­laş­dı­rı­la­caq?

Bu və di­gər sual­lar­la Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti ya­nın­da Gənc­lər Fon­du­nun Apa­rat rəh­bə­ri Fa­iq Qür­bə­tov­la söh­bət­ləş­dik. Həm­söh­bə­ti­miz əv­vəl­cə fon­dun fəa­liy­yə­ti, hə­ya­ta ke­çi­ri­lən la­yi­hə­lə­rin is­ti­qa­mət­lə­ri haq­qın­da mə­lu­mat ver­di:

- Fon­dun əsas fəa­liy­yət is­ti­qa­mə­ti və məq­sə­di öl­kə­miz­də­ki gənc­lər təş­ki­lat­la­rı­nın, həm­çi­nin gənc­lik ya­şın­da olan və­tən­daş­la­rın təq­dim et­di­yi la­yi­hə­lə­rin ma­liy­yə­ləş­di­ril­mə­si­dir. Biz əv­vəl­cə cə­miy­yət­də, gənc­lər ara­sın­da da­ha çox tə­lə­bat nə­yə var­sa onu öy­rə­nir, təh­lil edirmü­va­fiq is­ti­qa­mət­lər üz­rə la­yi­hə mü­sa­bi­qə­lə­ri elan edi­rik. Mü­sa­bi­qə­lə­rə təq­ri­bən iki ay vaxt ve­ri­lir. Bu vaxt ər­zin­də la­yi­hə­lər təq­dim edi­lir. La­yi­hə­lər fond tə­rə­fin­dən ba­xıl­dıq­dan son­ra müx­tə­lif döv­lət qu­rum­la­rı­nın, ic­ti­mai təş­ki­lat­la­rın nü­ma­yən­də­lə­rin­dən iba­rət 9 nə­fər­lik mü­şa­hi­də şu­ra­sı­na ve­ri­lir. Mü­şa­hi­də şu­ra­sı­nın qə­ra­rı­na əsa­sən la­yi­hə­lər qiy­mət­lən­di­ri­lir.

Bu gü­nə qə­dər 4 mü­sa­bi­qə ke­çir­mi­şik, ha­zır­da 5-ci qrant mü­sa­bi­qə­si da­vam edir. Mü­sa­bi­qə fev­ra­lın 10-dək da­vam edə­cək. Ötən müd­dət­də 4 mü­sa­bi­qə çər­çi­və­sin­də 1000-ə ya­xın la­yi­hə­ni ma­liy­yə­ləş­dir­mi­şik. On­la­rın ara­sın­da çox­lu ma­raq­lı, Azər­bay­can cə­miy­yə­ti üçün əhə­miy­yət­li la­yi­hə­lər var.

- Bu la­yi­hə­lər­də mə­də­niy­yət və tu­rizm sa­hə­lə­ri nə də­rə­cə­də əha­tə olu­nur?

- Mə­də­niy­yət­lə bağ­lı la­yi­hə­lər əsa­sən fi­zi­ki şəxs­lər tə­rə­fin­dən təq­dim edi­lir. Mü­sa­bi­qə­də C ka­te­qo­ri­ya­sı ad­lı böl­mə var. Ora­da gənc­lə­rin in­cə­sə­nət­lə bağ­lı tə­şəb­büs­lə­ri, la­yi­hə­lə­ri (öz­fəa­liy­yət dər­nək­lə­ri, fo­to­sər­gi­lə­rin təş­ki­li və s.) dəs­tək­lə­nir. Tu­rizm­lə bağ­lı la­yi­hə­lər isə qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı tə­rə­fin­dən təq­dim edi­lir. Bu la­yi­hə­lər əsa­sən Azər­bay­ca­nın böl­gə­lə­rin­də ye­ni marş­rut­la­rın gənc­lər tə­rə­fin­dən öy­rə­nil­mə­si­ni, öl­kə­mi­zin tu­rizm mə­kan­la­rı­nın ta­nı­dıl­ma­sı ki­mi is­ti­qa­mət­lə­ri əha­tə edir.

2013-cü il­də Gənc­lər Fon­du tə­rə­fin­dən 3 qrant mü­sa­bi­qə­sin­də 680-ə ya­xın la­yi­hə ma­liy­yə­ləş­di­ri­lib. On­lar­dan 30-u mə­də­niy­yət­lə, təx­mi­nən 10-u isə tu­rizm­lə bağ­lı olub. Bun­lar qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın la­yi­hə­lə­ri­dir. C ka­te­qo­ri­ya­sı üz­rə fər­di qay­da­da gənc­lər tə­rə­fin­dən mə­də­niy­yət­lə bağ­lı ve­ri­lən la­yi­hə­lə­rin sa­yı isə da­ha çox olub.

- Bu la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­sin­də Gənc­lər Fon­du Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi ilə əmək­daş­lıq edir­mi?

- Fon­dun mü­şa­hi­də şu­ra­sı­nın üzv­lə­rin­dən bi­ri mə­də­niy­yət və tu­rizm na­zi­ri­nin müa­vi­ni Na­zim Sə­mə­dov­dur. İc­las­lar za­ma­nı o da öz töv­si­yə­lə­ri­ni ve­rir. Həm­çi­nin gənc­lər təd­bir­lə­ri­ni hə­ya­ta ke­çi­rər­kən Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin ra­yon şö­bə­lə­ri ilə, Ba­kı şə­hər ida­rə­si ilə sıx əmək­daş­lıq edir­lər və hə­min la­yi­hə­lə­rin uğur­la hə­ya­ta keç­mə­si üçün bir­gə fəa­liy­yət gös­tə­rir­lər.

- 2014-cü il­də da­ha çox han­sı is­ti­qa­mət­də olan la­yi­hə­lə­rə önəm ve­rə­cək­si­niz?
   - Biz hər bir qrant mü­sa­bi­qə­si­ni elan edər­kən öl­kə­miz­də baş ve­rən pro­ses­lə­ri, gənc­lə­rin ma­raq­la­rı­nı nə­zə­rə alı­rıq. Bun­dan son­ra is­ti­qa­mət­lə­ri se­çi­rik. Ha­zır­da da­vam edən 5-ci mü­sa­bi­qə­miz əsa­sən gənc­lə­rin tə­şəb­büs­lə­ri­nin hə­ya­ta keç­mə­si­nə he­sab­la­nıb. Biz in­di mü­sa­bi­qə­lər üçün ye­ni bir böl­mə də ar­tır­mı­şıq. Mə­lum­dur ki, 2015-ci il­də Ba­kı­da I Av­ro­pa Oyun­la­rı ke­çi­ri­lə­cək. Həm bu­nun­la bağ­lı, həm­ də Gən­cə şə­hə­ri­nin 2016-cı il­də “Av­ro­pa­nın gənc­lər pay­tax­tı” se­çil­mə­si ilə əla­qə­dar la­yi­hə­lər qə­bul edə­cə­yik.

- Ümu­miy­yət­lə, gənc­lə­rin la­yi­hə­lə­ri da­ha çox han­sı sa­hə­lə­ri əha­tə edir?

- La­yi­hə­lər bir çox is­ti­qa­mət­lə­ri əha­tə edir. Və­tən­daş cə­miy­yə­ti­nin for­ma­laş­ma­sı, re­gion­lar­da və­tən­daş­la­rın tə­şəb­büs­kar­lı­ğı və s. möv­zu­lar­da la­yi­hə­lər alı­rıq. Həm­çi­nin re­gion­lar­da eko­lo­ji prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı, so­sial prob­lem­lər, o cüm­lə­dən iş­siz­li­yin ara­dan qal­dı­rıl­ma­sı, ye­ni yer­lə­ri­nin ya­ra­dıl­ma­sı, bu möv­zu­da tre­ninq­lə­rin ke­çi­ril­mə­si, tu­rizm­lə bağ­lı ma­raq­lı la­yi­hə­lər var. Bu ya­xın­lar­da bir ne­çə ma­raq­lı la­yi­hə də qə­bul et­dik. Bun­lar gənc­lə­rin ix­ti­ra­la­rı ilə bağ­lı­dır. Mə­sə­lən, tə­lə­bə­lə­rin han­sı ix­ti­ra­la­rı var, nə­zə­ri ba­xım­dan bu­nu gö­rür­lər, in­di prak­tik cə­hət­dən ma­liy­yə dəs­tə­yi­nə eh­ti­yac­la­rı var, biz on­la­ra kö­mək edə­cə­yik. İna­nı­ram ki, gə­lə­cək­də bu­nun bəh­rə­si­ni gö­rə­cə­yik. Gənc­lə­ri­miz da­ha da xe­yir­li iş­lər­lə məş­ğul ola­caq­lar. Gənc­lər Fon­du bu­na az da ol­sa, öz töh­fə­si­ni ver­miş ola­caq.

- La­yi­hə­lə­rin mü­kəm­məl­li­yi ne­cə, si­zi qa­ne edir­mi? Fond tə­rə­fin­dən gənc­lə­rə la­yi­hə ha­zır­la­maq­da töv­si­yə­lər ve­ri­lir­mi?

- Hər mü­sa­bi­qə­dən mü­sa­bi­qə­yə biz gö­rü­rük ki, gənc­lə­rin, təş­ki­lat­la­rın la­yi­hə təq­dim et­mə ba­ca­rıq­la­rı get­dik­cə pe­şə­kar­la­şır. Bun­da bi­zimbir ba­la­ca əmə­yi­miz var. Azər­bay­can­da ilk də­fə ola­raq biz la­yi­hə­lə­rin on­layn sis­tem­lə qə­bul edil­mə­si pro­se­si­nə baş­la­dıq. Biz ça­lı­şı­rıq ki, gənc­lər la­yi­hə­lə­ri da­ha la­ko­nik ver­sin­lər. Ona gö­rə xü­su­si bir for­ma ha­zır­la­mı­şıq. Hə­min for­ma­da gös­tər­mi­şik ki, fi­lan baş­lıq al­tın­da, mə­sə­lən, 300 söz­dən is­ti­fa­də olu­na bi­lər. Bu­nu et­mi­şik ki, ar­tıq söz­çü­lü­yə eh­ti­yac qal­ma­sın. Get­dik­cə təş­ki­lat­lar, gənc­lər də bu prin­si­pi­ni qav­ra­yır­lar və da­ha la­ko­nik la­yi­hə­lər təq­dim edir­lər.

- Ötən il tə­lə­bə­lər­lə bağ­lı bir la­yi­hə­niz var­dı. Bu il be­lə la­yi­hə­lər nə­zər­də tu­tu­lur­mu?

- Bə­li, sırf gənc­lər­lə bağ­lı, yə­ni təş­ki­lat­la­rın iş­ti­ra­kı ol­ma­dan bir la­yi­hə­miz var­dı. O za­man fon­dun əmək­daş­la­rı Azər­bay­ca­nın ali təh­sil müəs­si­sə­lə­rin­də təq­di­mat­lar ke­çir­di­lər, tə­lə­bə­lə­ri öz ide­ya­la­rı­nı real­laş­dır­maq üçün bi­zə mü­ra­ciət et­mə­yə də­vət et­dik. Bu mü­sa­bi­qə­də tə­lə­bə­lər­dən çox­lu la­yi­hə­lər al­dıq. Ha­zır­da la­yi­hə­lə­rin ic­ra­sı da­vam edir. Am­ma hə­lə­lik bu is­ti­qa­mət­də mü­sa­bi­qə­miz yox­dur.

- Qar­şı­dan 2 fev­ral - Azər­bay­can Gənc­lə­ri Gü­nü gə­lir. Bu­nun­la bağ­lı fond tə­rə­fin­dən han­sı təd­bir­lə­rin ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lur?

- Fond Gənc­lər Gü­nü ilə bağ­lı mə­də­niy­yət la­yi­hə­si hə­ya­ta ke­çi­rir. Fev­ra­lın 1-də Azər­bay­can­da təh­sil alan xa­ri­ci tə­lə­bə­lər, gənc­lər təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri üçün konf­rans ke­çi­ri­lə­cək. Həm­çi­nin «Kem­pins­kiy Ba­dam­dar» ho­te­lin­də gənc klas­sik mu­si­qi ifa­çı­la­rı­nın kon­ser­ti­ni təş­kil edə­cə­yik. Für­sət­dən is­ti­fa­də edib öl­kə­mi­zin bü­tün gənc­lə­ri­ni bu əla­mət­dar gün mü­na­si­bə­ti­lə təb­rik edi­rəm.

 

Fəx­riy­yə Ab­dul­la­ye­va

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 7.