“Yer­lər­dən gə­lən tə­şəb­büs­lər ümu­mi işin sə­mə­rə­li ol­ma­sı­na kö­mək edir

 

Mə­də­niy­yət və tu­rizm na­zi­ri Göy­çay­da və­tən­daş­la­rı qə­bul et­di

 

­Xə­bər ver­di­yi­miz ki, mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev yan­va­rın 28-də Göy­çay şə­hə­rin­də­ki Hey­dər Əli­yev Mər­kə­zin­də Yev­lax şə­hər, Göy­çay, Daş­kə­sən, Göy­göl, Sa­mux, Ucar, Kür­də­mir ra­yon­la­rın­dan olan və­tən­daş­la­rı qə­bul edib.

Qeyd edək ki, 30-dan çox və­tən­daş əv­vəl­cə­dən Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin mct@mct.gov­.az elekt­ron poçt ün­va­nı, e-ser­vi­ces.mct.gov­.az elekt­ron xid­mət­lər say­tı, te­le­fon mə­lu­mat sis­te­mi (qay­nar xətt: 147) va­si­tə­si­lə, elə­cə də mü­va­fiq mə­də­niy­yət və tu­rizm şö­bə­lə­ri­nə mü­ra­ciət et­mək­lə qə­bu­la ya­zıl­mış­dı.

 

Mü­ra­ciət­lər, tək­lif­lər

 

Və­tən­daş­la­rın mü­ra­ciət­lə­ri əsa­sən yer­lər­də uşaq mu­si­qi və in­cə­sə­nət mək­təb­lə­ri­nin fəa­liy­yə­ti, təd­ris ocaq­la­rın­da kadr tə­mi­na­tı, mə­də­niy­yət ev­lə­rin­də ştat­la­rın ar­tı­rıl­ma­sı, mə­də­niy­yət ocaq­la­rı­nın ava­dan­lıq­lar­la tə­min edil­mə­si, ta­rix və mə­də­niy­yət abi­də­lə­ri­nin bər­pa­sı, mu­zey eks­po­zi­si­ya­la­rı­nın tər­ti­ba­tı, yer­lər­də tu­riz­min in­ki­şa­fı, mə­də­niy­yət iş­çi­lə­ri­nə fəx­ri ad­la­rın ve­ril­mə­si, iş­lə tə­min olun­ma və di­gər mə­sə­lə­lər­lə bağ­lı idi.

Qə­bul­da iş­ti­rak edən bir ne­çə və­tən­daş­la həm­söh­bət ol­duq. Göy­göl sa­ki­ni La­mi­yə Məm­mə­do­va ra­yon­da yer­lə­şən Sa­rı­qa­ya tür­bə­si­nin tə­mi­ri ilə bağ­lı mü­ra­ciət edə­cə­yi­ni de­di: “Sa­rı­qa­ya tür­bə­si XII əs­rə aid­dir. Bu qə­dim abi­də­nin bər­pa edil­mə­si çox va­cib­dir. Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin xət­ti ilə bir çox ta­ri­xi abi­də­lə­rin bər­pa­sı hə­ya­ta ke­çi­ri­lir. Biz də is­tər­dik ki, qə­dim ta­ri­xi­mi­zin ya­di­ga­rı olan Sa­rı­qa­ya tür­bə­si də tə­mir olun­sun və Göy­gö­lə gə­lən tu­rist­lə­rin baş çə­kə­cə­yi mə­kan­lar­dan bi­ri­nə çev­ril­sin”.

“Göy­çay İn­ki­şaf Mər­kə­zi” İc­ti­mai Bir­li­yi­nin səd­ri Əzi­za­ğa Ata­ki­şi­yev “Nar gənc­lik mey­və­si ki­mi” ad­lı bey­nəl­xalq la­yi­hə ha­zır­la­dıq­la­rı­nı bil­dir­di: “May ayın­da bu la­yi­hə­ni hə­ya­ta ke­çir­mə­yi plan­laş­dır­mı­şıq. Bu məq­səd­lə xa­ric­dən qo­naq­lar da də­vət et­mi­şik. Həm bu la­yi­hə­yə, həm də çap et­dir­di­yi­mizNar na­ğı­lı” ad­lı ki­ta­bın in­gi­lis di­lin­də nəş­ri­nə dəs­tək ve­ril­mə­si üçün cə­nab na­zi­rə mü­ra­ciət edə­cə­yəm”.

U­car­dan gəl­miş Pün­han Hə­sən­qu­li­yev isə ra­yon Mə­də­niy­yət evi­nin dram kol­lek­ti­vi­nin fəa­liy­yə­ti­nə yar­dım edil­mə­si məq­sə­di­lə qə­bu­la gəl­di­yi­ni de­yir: “Kol­lek­ti­vi­miz gənc­lə­rin II Res­pub­li­ka te­atr fes­ti­va­lın­da qa­lib olub. Da­ha sə­mə­rə­li fəa­liy­yət gös­tər­mə­yi­miz üçün səh­nə ge­yim­lə­ri, qrim, di­gər səh­nə lə­va­zi­ma­tı ilə tə­mi­na­ta eh­ti­ya­cı­mız var”.

 

“Mədəniyyət ocaqlarının fəaliyyəti təkmilləşdirilməlidir”

 

Na­zir qə­bula gə­lən və­tən­daş­la­rın xa­hiş və tək­lif­lə­ri­ni diq­qət­lə din­lə­di, yer­lər­də əha­li­nin böl­gə üçün əhə­miy­yət­li möv­zu­la­ra la­qeyd qal­ma­ma­ğı­nı müs­bət hal ki­mi qiy­mət­lən­dir­di, qal­dı­rı­lan bü­tün mə­sə­lə­lər­lə bağ­lı na­zir­li­yin mə­sul iş­çi­lə­ri­nə tap­şı­rıq­lar ver­di.

 

 * * *

 

Qə­bul­dan son­ra jur­na­list­lə­rə mü­sa­hi­bə ve­rən Əbül­fəs Qa­ra­yev bü­tün mü­ra­ciət­lə­rin diq­qət­lə nə­zər­dən ke­çi­ri­lə­cə­yi­ni, la­zı­mi təd­bir­lər gö­rü­lə­cə­yi­ni bil­dir­di. Qeyd olun­du ki, yer­lər­dən gə­lən tə­şəb­büs­lər, tək­lif­lər ümu­mi işin tək­mil­ləş­di­ril­mə­si­nə və sə­mə­rə­li ol­ma­sı­na kö­mək edir: “Qə­bu­la gə­lən­lər mə­də­niy­yət və tu­riz­min in­ki­şa­fı ilə bağlı bir sı­ra mə­sə­lə­lə­ri qal­dı­rır­lar. Se­vin­di­ri­ci hal­dır ki, və­tən­daş­la­rı mə­də­ni ir­si­miz, ta­ri­xi abi­də­lə­ri­mi­zin qo­run­ma­sı ki­mi mü­hüm mə­sə­lə­lər də ma­raq­lan­dı­rır. Bu ba­rə­də tək­lif­lə­ri­ni ve­rir­lər. Bil­di­yi­niz ki­mi, ötən ilin so­nun­da öl­kə Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən ta­ri­xi abi­də­lə­rin qo­run­ma­sı, bər­pa­sı ilə bağ­lı növ­bə­ti Döv­lət Proq­ra­mı im­za­la­nıb. Bu proq­ra­mın hə­ya­ta ke­çi­ril­mə­si nə­ti­cə­sin­də bir çox ta­ri­xi abi­də­lər bər­pa olu­na­caq”.

Na­zir bil­dir­di ki, na­ra­ha­te­di­ci mə­sə­lə­lər­dən bi­ri də böl­gə­lər­də pe­şə­kar mə­də­niy­yət iş­çi­lə­ri­nin ça­tış­ma­ma­ğı­dır: “Bu məq­səd­lə Təh­sil Na­zir­li­yi ilə bir­lik­də növ­bə­ti il­lər­də mə­də­niy­yət müəs­si­sə­lə­ri üçün kadr ha­zır­lı­ğı pla­nı üzə­rin­də iş­lə­yə­cə­yik. Ey­ni za­man­da öz­fəa­liy­yət kol­lek­tiv­lə­ri­nin sax­la­nıl­ma­sı, on­la­rın mad­di-tex­ni­ki ba­za­sı­nın güc­lən­di­ril­mə­si, ye­ni müa­sir mə­də­niy­yət mər­kəz­lə­ri­nin in­şa­sı və ya bər­pa­sı mə­sə­lə­lə­ri də diq­qət­də sax­la­nı­la­caq”.

E­di­lən mü­ra­ciət­lə­rin, ve­ri­lən tək­lif­lə­rin da­ha çox ic­ti­mai əhə­miy­yət kəsb et­di­yi­ni de­yən na­zir qeyd et­di ki, ke­çi­ri­lən ilk qə­bul­lar za­ma­nı in­san­lar da­ha çox şəx­si mə­sə­lə­lə­ri önə çə­kir­di­lər. Ar­tıq xa­hiş­lər, tək­lif­lər əsa­sən yer­lər­də mə­də­niy­yət və tu­riz­min, bü­töv­lük­də re­gio­nun in­ki­şa­fı ilə bağ­lı olur.

Na­zir vur­ğu­la­dı ki, öl­kə Pre­zi­den­ti­nin tap­şı­rı­ğı­na əsa­sən mü­tə­ma­di ola­raq ke­çi­ri­lən bu gö­rüş­lər böl­gə­lər­də sa­kin­lə­rin prob­lem­lə­ri ilə ye­rin­də ta­nış ol­maq və mü­va­fiq təd­bir­lər gör­mək im­ka­nı ve­rir: “Mə­də­niy­yət ocaq­la­rı­nın fəa­liy­yə­ti­nin müa­sir­ləş­di­ril­mə­si­nə eh­ti­yac var. Bu is­ti­qa­mət­də işə baş­la­mı­şıq. Ki­tab­la­rın elekt­ron da­şı­yı­cı­la­ra kö­çü­rül­mə­si və in­ter­net por­tal­la­rı­nın açıl­ma­sı da­vam et­di­ri­lir. Qə­bu­la gə­lən in­san­lar tə­rə­fin­dən au­diovi­deo ma­te­rial­lar­dan dərs pro­se­sin­də ge­niş is­ti­fa­də olun­ma­sı tək­lif­lə­ri­nin səs­lən­di­ril­mə­si bi­zi çox se­vin­di­rir. Bu da müa­sir­ləş­mə pro­se­si­nin ar­tıq re­al ola­raq böl­gə­lər­də də sü­rət­lən­di­yi­ni gös­tə­rir”.

Na­zir öl­kə­də mə­də­niy­yət və tu­rizm sa­hə­sin­də döv­lət proq­ram­la­rı­nın uğur­la ic­ra olun­du­ğu­nu və əha­li tə­rə­fin­dən qal­dı­rı­lan bü­tün mə­sə­lə­lə­rin təd­ri­cən həl­li­ni tap­dı­ğı­nı bil­dir­di. Və­tən­daş­la­rın so­sial mə­sə­lə­lər­lə bağ­lı mü­ra­ciət­lə­ri­nin də la­zı­mi ins­tan­si­ya­la­ra çat­dı­rı­la­ca­ğı­nı və həl­li­nə kö­mək­lik gös­tə­ri­lə­cə­yi­ni qeyd et­di.

 

Fa­riz Hü­sey­nov

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 8.