Mədəniyyət işçiləri
üçün növbəti kurslar başa çatıb
Respublika
Mədəniyyət Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzində
yanvar ayı ərzində Bakı şəhər Mərkəzləşmiş
Kitabxana Sistemləri uşaq şöbələrinin
kitabxanaçıları, rayon Mədəniyyət evlərinin
bədii rəhbərləri və musiqi məktəblərinin
nəzəriyyə müəllimləri ixtisasartırma
kursu keçiblər.
Öz ixtisasları
üzrə bilikləri mükəmməl səviyyədə
mənimsəyən dinləyicilər kursun sonunda hazırladıqları
konsert proqramı ilə çıxış etdilər.
Konsertin aparıcısı, Tərtər rayon
Mədəniyyət evinin bədii rəhbəri Sadiq Quliyev
Azərbaycanın tarixi keçmişindən, bugünkü
inkişafından söz açdı, Xalq şairi Süleyman
Rüstəmin məşhur şeirindən bir parça
söylədi:
Vətənimin
seyrinə çağırıram elləri,
Cənnət
görmək istəyən Azərbaycana gəlsin.
Şəhər
və rayon musiqi məktəblərinin nəzəriyyə
müəllimləri vətənə olan sevgilərini
Azərbaycana dair mahnılarla izhar etdilər. Çıxışlarda
ümummilli liderimiz Heydər Əliyevin hər birimizə
örnək olacaq vətən, yurd sevgisindən və
Azərbaycanın hər sahədə yüksək inkişafını
təmin etməyə səy göstərməsindən
bəhs edildi. Ulu öndərin “Xalq bir çox xüsusiyyətləri
ilə tanınır, sayılır, dünya xalqları
içərisində fərqlənir. Bu xüsusiyyətlərdən
ən yüksəyi və böyüyü mədəniyyətdir”
sözləri dilə gətirildi.
Ayrı-ayrı musiqi
alətlərində ifa edən bədii rəhbərlər
qrupunun təşkil etdiyi ansambl tədbirə xüsusi
rəng qatdı. Laçın rayon Mədəniyyət
evinin bədii rəhbəri Səbuhi Mixailovun sazda ifa
etdiyi “Ruhani” dinləyənlərin ruhunu oxşadı.
Təqdim olunan yumoristik səhnə tədbir iştirakçılarının
üzlərində təbəssüm yaratdı. Quba,
Qax və digər rayon Mədəniyyət evlərinin
bədii rəhbərləri də ifa etdikləri mahnılarla
öz musiqiçilik qabiliyyətlərini nümayiş
etdirdilər.
Tədbirin sonunda
mərkəzin direktoru Ramazan Şabanov kursların başa
çatması münasibətilə dinləyiciləri
təbrik etdi və gələcək fəaliyyətlərində
onlara uğurlar arzuladı.
Rafiqə
Nəsirova, Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin Hazırlıq
və İxtisasartırma Mərkəzinin elmi işçisi
Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 8.