Azərbaycanın turizm imkanları
İstanbul sərgisində
Yanvarın
30-da Türkiyənin İstanbul
şəhərində 18-ci Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
(“EMİTT-2014”) işə başlayıb.
Dünyanın ən böyük
beş turizm
sərgisi sırasına
daxil olan EMİTT sərgisinə bu il rekord sayda
- 70-dək ölkədən 4500-dən çox şirkət və qurum qatılıb. Stendlər TÜYAP sərgi mərkəzinin
65 min kvadratmetrlik sahəsində
11 salonda nümayiş
olunur.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndə heyəti
də iştirak edir. Həmçinin sərgidə ölkəmizdə
fəaliyyət göstərən 6 turizm
şirkəti ("Greenwich travel", "Millennium
Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel") və 4 mehmanxana
("Rixos Quba Azerbaijan", "Jumeirah
Bilgah Beach hotel", "Divan Express hotel",
"Təbriz hotel") təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanlarını
əks etdirmək üçün 70 kvadratmetr sahədə
stend quraşdırılıb. Azərbaycan guşəsi sərgiyə
gələn ziyarətçi və iştirakçılara
paylanması üçün türk və ingili dillərində
müxtəlif növ reklam-çap
məhsulları ilə təmin olunub.
Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
və yerli turizm şirkətləri artıq 12-ci dəfədir
ki, "EMİTT" turizm sərgisində iştirak edir.
Fəxriyyə
Mədəniyyət.-
2014.- 31 yanvar.- S. 9.