Palçıq vulkanları üzrə turist marşrutu
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Geologiya İnstitutu ölkədəki 25 palçıq
vulkanı üzrə
turist marşrutunun
salınmasını təklif
edir. İnstitutun palçıq vulkanizmi
şöbəsinin müdiri,
professor Adil Əliyevin
sözlərinə görə,
vulkanların sayına,
müxtəlifliyinə və aktiv fəaliyyətinə görə
dünyada Azərbaycanla
müqayisə olunacaq
ərazi yoxdur.
Palçıq vulkanları
ekoturizmin inkişafı
üçün çox
gözəl obyektlər
hesab edilir: «Xaricdən gələn turistlər vulkanlarla maraqlanırlar. Bəzi turistlər
vulkanlara müalicə
olunmaq məqsədilə
gedirlər. Əgər bu
işlə məşğul
olunsa, bu, respublikaya çoxlu pul gətirəcək».
Şöbə müdiri deyir
ki, Azərbaycanda 2 vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan
sayılır. Bu, Qobustandakı «Qoturdağ»
və «Çeyildağ»
vulkanlarıdır. Bakıdan 50 km qərbdə
yerləşən «Çeyildağ»
vulkanı uzun müddət ərzində
tədricən püskürərək
günbəzşəkilli brekçiya qatı əmələ gətirir:
«Qoturdağ»da isə
süxur daim sıxılır. Ona oxşar
vulkan Rusiyada var. Digər ölkələrdə
belə vulkan yoxdur. Ona görə də
Azərbaycana gələn
turistlər üçün
belə vulkanlar maraqlıdır».
Alimin sözlərinə görə,
Geologiya İnstitutunda
palçıq vulkanları
45 ildir ətraflı
şəkildə öyrənilir.
Məqsəd dərində yatan
neft-qaz yataqlarının
axtarılması, zəlzələlərin
baş verməsi ilə palçıq vulkanlarının püskürməsi
arasında əlaqənin
öyrənilməsidir. Bununla yanaşı, vulkan palçığından təbabətdə
bir çox xəstəliklərin müalicəsində
istifadə edilir.
Vulkan tullantıları,
vulkan gillərindən
inşaatda istifadə
olunur: «Palçıq
vulkanlarını əsasən
iki qrupa bölmək olar: fəaliyyət göstərən
və sönmüş
vulkanlar. Ölkəmizdə qeydə alınmış
300-dən çox palçıq
vulkanının 70 faizi
fəaliyyətdədir. Palçıq vulkanları kimya
və tikinti sənayesi, həmçinin
farmakologiya üçün
xammal mənbəyi
rolunu oynayır.
Vulkanların gili, palçığı
əsəb sistemi, dəri və oynaq xəstəliklərinin
müalicəsində uğurla
istifadə olunur».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 31 yanvar.-
S. 9.