Rep­res­si­ya yel­lə­rin­dən ke­çən sə­nət yo­lu

 

 ­Ta­le­yi­nə mü­ha­ci­rət di­dər­gin­lik ya­zı­lan Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ai­lə­si təs­vi­ri sə­nət alə­mi­nə iki də­yər­li ad bəxş edib

 

­Ö­tən əs­rin 20-ci il­lə­rin so­nu - 30-cu il­lə­ri ta­ri­xi­mi­zə küt­lə­vi rep­res­si­ya­lar döv­rü ki­mi həkk olu­nub. Bu il­lər­də so­vet re­ji­mi­nin hə­dəf al­dı­ğı yüz­lər­lə zi­ya­lı­mız, xal­qı­mı­zın ön­də ge­dən öv­lad­la­rı gül­lə­lə­nib. Rep­res­si­ya dal­ğa­sın­dan ke­çib hə­yat­da qa­lan­la­rı isə SSRİ-nin ge­dər-gəl­məz yer­lə­ri­nə, uc­qar gu­şə­lə­ri­nə sür­gün göz­lə­yir­di. Hə­min qan­lı-qa­da­lı il­lər­də Və­tə­ni­ni, mil­lə­ti­ni var­lı­ğı qə­dər se­vən ne­çə-ne­çə yurd­da­şı­mız ev-eşi­yin­dən pə­rən-pə­rən sa­lın­dı, uzaq el­lə­rə sür­gün edil­di. İşıq­lı əməl sa­hib­lə­ri olan bu adam­la­rın ço­xu­nun gü­nah­sız ol­du­ğu çox təəs­süf ki, yal­nız çox-çox son­ra­lar üzə çıx­dı on­lar haqq et­dik­lə­ri bə­raə­ti al­dı­lar. 

Döv­rün acı sə­hi­fə­lə­ri­ni ya­şa­mış in­san­lar ara­sın­da Hə­sən Haq­ver­di­yev, Hü­seyn Axun­dov, elə­cə də ata­la­rı­nın mə­ruz qal­dı­ğı rep­res­si­ya dal­ğa­sın­dan öz nə­si­bi­ni al­mış Azər Rə­sul­za­də, Ta­hir Sa­la­hov, Toğ­rul və Vi­da­di Nə­ri­man­bə­yovlar, Oq­tay və Toğ­rul Sa­dıq­za­dələr ki­mi təs­vi­ri sə­nət nü­ma­yən­də­lə­ri var. 

Ta­le­yi­nə di­dər­gin­lik ya­zı­lan­la­rın sı­ra­sın­da Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ya­ra­dı­cı­la­rın­dan olan Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ai­lə­si də var­dı. İş elə gə­tir­di ki, rep­res­si­ya dal­ğa­sı sən­gi­sə be­lə, bu ai­lə da­ha heç vaxt bir yer­də ola bil­mə­di. Öl­kə­si­ni müs­tə­qil gör­mək is­tə­yən ata­nın ömür yo­lu - işıq­lı ar­zu­la­ra kök­lən­miş hə­ya­tı Al­ma­ni­ya, Pol­şa və Tür­ki­yə­də, oğ­lu Azə­rin mə­şəq­qət­li gün­lə­ri isə Azər­bay­can­dan kə­nar­da - Qa­za­xıs­tan tor­pa­ğın­da keç­di.

­A­zər Rə­sul­za­də (1920-1993) Qa­za­xıs­tan­da ai­lə hə­ya­tı qur­du və öm­rü­nün axı­rı­na ki­mi ora­da ya­şa­dı, rəs­sam­lıq­la məş­ğul ol­du. O, sür­gün­dən əv­vəl Ba­kı­da Rəs­sam­lıq Tex­ni­ku­mu­nu bi­tir­miş­di. Qa­za­xıs­tan­da or­ta mək­təb­də uşaq­la­ra rəsm dər­sin­dən dərs de­yib, bö­yük hə­vəs­lə on­la­ra rəng­lər va­si­tə­si­lə gö­zəl­lik ya­rat­ma­ğın sir­lə­ri­ni öy­rə­dib. O, son­ra­lar Ka­ra­qan­da şə­hə­rin­də Bə­dii Fond­da rəs­sam iş­lə­yər­kən sə­nət alə­mi ilə da­ha də­rin­dən tə­mas­da olub, özü­nə­məx­sus­lu­ğu ilə se­çi­lən əsər­lər ya­ra­dıb və rea­liz­min bə­dii ifa­də ənə­nə­lə­ri­nin nə­ha­yət­siz ol­du­ğu­nu əya­ni gös­tər­mə­yə na­il olub. Müx­tə­lif janr­lar­da çə­kil­miş hə­min löv­hə­lər Qa­za­xıs­tan­da təş­kil olu­nan ay­rı-ay­rı sər­gi­lər­də uğur­la nü­ma­yiş et­di­ri­lib. Azər­bay­can sə­nət­se­vər­lə­ri isə yal­nız 1994-cü il­də Ba­kı­da təş­kil olun­muş sər­gi­də Azər Rə­sul­za­də­nin və onun Azər­bay­can­da ya­şa­yan oğ­lu Rai­sin ya­ra­dı­cı­lı­ğı ilə ta­nış ola bi­lib­lər.

A­zər Rə­sul­za­də­nin port­ret və mən­zə­rə janr­la­rın­da iş­lə­di­yi tab­lo­lar­da yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi onu əha­tə­lə­yən ger­çək­li­yə re­al bə­dii mü­na­si­bət möv­cud­dur. O, port­ret jan­rın­da iş­lə­di­yi əsər­lər­də (“Av­to­port­ret”, 1950; “Hə­kim Əb­dür­rəh­man Hü­sey­nov”, 1951), elə­cə də tə­biət mo­tiv­lə­ri­ni (“Yol”, 1960; “Yay mo­ti­vi”, 1962) Və­tən həs­rə­ti­lə bə­lə­mə­yə na­il ol­maq­la, rəsm­lə­rin du­yu­la­sı tə­sir­li­li­yi­ni əl­də edə bil­miş­dir. Rəs­sa­mın gö­rün­tü­yə gə­tir­di­yi ob­raz­la­ra xas in­cə və sə­ciy­yə­vi ciz­gi­lə­ri rəng­lə­rin di­li ilə ifa­də edə bil­mə­si­ni ilk növ­bə­də onun in­san psi­xo­lo­gi­ya­sı­na bə­ləd­­li­yi­nin nə­ti­cə­si say­maq olar. Onun mən­zə­rə­lə­rin­də də bə­dii gör­kəm al­mış tə­biət mo­tiv­lə­ri rəng tu­tu­mu­na gö­rə ki­fa­yət qə­dər duy­ğu­lan­dı­rı­cı­dır. Bu­nu isə Azər Rə­sul­za­də­nin də­rin mü­şa­hi­də qa­bi­liy­yə­ti ilə ya­na­şı, duyduğu real­lı­ğı poe­tik ov­qat da­şı­yı­cı­sı­na çe­vi­rə bil­mək is­te­da­dı­nın nə­ti­cə­si say­maq olar.

A­zər Rə­sul­za­də­nin oğ­lu Rai­si Qa­za­xıs­tan­dan Azər­bay­ca­na gə­ti­rən də onun rəs­sam ol­maq is­tə­yi idi. 1969-cu il­də o, Ə.Ə­zim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bi­ni bi­tir­di və ge­ri­yə - Qa­za­xıs­ta­na qa­yıt­ma­dı. Ra­is Rə­sul­za­də­nin ya­ra­dı­cı­lı­ğı elə o vaxt­dan bu gü­nə ki­mi Azər­bay­can­da keç­di­yin­dən sə­nət­se­vər­lər onun im­za­sı­nı müx­tə­lif sər­gi­lər­dən yax­şı ta­nı­yır­lar. Onun tab­lo­la­rı­nı mil­li təs­vi­ri sə­nə­ti­mi­zin in­ki­şa­fı­na la­yiq­li töh­fə say­maq olar.

İs­te­dad­lı fır­ça us­ta­sı­nın ən müx­tə­lif janr­lar­da çək­di­yi əsər­lər­də dün­ya­nı fərq­li bə­dii şərh­lə ifa­də et­mək is­tə­yi­nin uğur­lu nə­ti­cə­si­ni gör­mək müm­kün­dür. Ta­ri­xi abi­də­lə­rin, qə­dim yurd yer­lə­ri­nin təs­vir­lə­ri (“Nax­çı­van dağ­la­rı”, 1980; “İ­çə­ri­şə­hər­də”, 1985; “Şa­ma­xı dağ­la­rı”, 2003) iri­li-xır­da­lı əsər­lər­də də­yiş­kən və cəl­be­di­ci rəng həl­li ilə açıq­la­nıb. 

O­nun iş­lə­di­yi müx­tə­lif tu­tum­lu tab­lo­lar­da (“Şərq na­tür­mor­tu”, 1980; “Met­ro in­şaat­çı­la­rı”, 1986; “Giz­lin­də”, 1988; “Yor­ğun əs­gər”, 1989) psi­xo­lo­ji yo­zum­lar və ov­qat ifa­də­si (“Rəs­sam Qa­dir Sü­ley­ma­no­vun port­re­ti”, 1985, “Ba­lıq­çı­nın port­re­ti”, 1990) fər­di müəl­lif ya­şan­tı­la­rı ilə qo­şa­laş­dı­ğın­dan çox dü­şün­dü­rü­cü­dür­lər.

 Rais Rə­sul­za­də müs­tə­qil­lik il­lə­rin­də Azər­bay­can təs­vi­ri sə­nə­ti sa­hə­sin­də sə­mə­rə­li fəa­liy­yə­ti­nə gö­rə res­pub­li­ka­nın Əmək­dar rəs­sa­mı fəx­ri adı­na la­yiq gö­rül­müş­dür. Uzun il­lər ər­zin­də Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­tin­də dərs de­yən Ra­is müəl­li­min gənc kadr­la­rın ye­tiş­di­ril­mə­sin­də də mü­hüm xid­mət­lə­ri var.

 

Zi­yad­xan Əli­yev,  Ə­mək­dar in­cə­sə­nət xa­di­mi

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 12.