Turizm İnstitutunda dəyirmi masa
Azərbaycan Turizm İnstitutunda
(ATİ) Şərqin ilk demokratik respublikası -
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından
biri - Məhəmməd Əmin Rəsulzadənin anadan
olmasının 130 illik yubileyi münasibətilə
dəyirmi masa keçirilib. Tədbiri
institutun tədris işləri üzrə
prorektoru Eldar Aslanov açaraq
Azərbaycan Prezidentinin “Məhəmməd
Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında”
2013-cü il 22 noyabr tarixli sərəncamının tariximizi şərəfləndirən
şəxsiyyətlərə böyük
ehtiramın ifadəsi olduğunu
vurğulayıb.
İctimai fənlər kafedrasının
dosenti Məhərrəm Zülfiqarlı çıxışında
Məhəmməd Əmin Rəsulzadənin tarixi xidmətlərindən
danışıb, onun zəngin publisistik irsi olduğunu
diqqətə çatdırıb. Professor
Şirməmməd Hüseynovun elmi araşdırmalarına görə,
təkcə 1903-1920-ci illərdə Azərbaycan dövri mətbuatında Rəsulzadənin
1200-dən artıq məqalə, müsahibə və
çıxışı dərc olunub.
Mədəniyyət.-
2014.- 31 yanvar.- S. 12.