Rə­sul­za­də­nin 130 il­li­yi­nə həsr edil­miş konf­rans

 

   Yan­va­rın 29-da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sın­da (Dİ­A) gör­kəm­li döv­lət xa­dim Mə­həm­məd Əmin Rə­sul­za­də­nin 130 il­lik yu­bi­le­yi­nə həsr edil­miş el­mi-prak­ti­k konf­rans ke­çi­ri­lib.

Əv­vəl­cə Mə­həm­məd Əmin Rə­sul­za­də haq­qın­da sə­nəd­li film nü­ma­yiş et­di­ri­lib.

Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın rek­to­ru, aka­de­mik Ur­xan Ələk­bə­rov bö­yük döv­lət xa­di­mi­nin 130 il­lik yu­bi­le­yi ilə bağ­lı öl­kə Pre­zi­den­ti­nin sə­rən­ca­mı­nın əhə­miy­yə­tin­dən da­nı­şıb, Mə­həm­məd Əmin Rə­sul­za­də­nin hə­yat fəa­liy­yə­ti ba­rə­də fi­kir­lə­ri­ni bö­lü­şüb.

Qeyd olu­nub ki, Mə­həm­məd Əmin Rə­sul­za­də, Əli­mər­dan bəy Top­çu­ba­şov, Fə­tə­li xan Xoys­ki, Nə­sib bəy Yu­sif­bəy­li, Hə­sən bəy Ağa­yev ki­mi şəx­siy­yət­lər Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­ni elan et­mək­lə döv­lət­çi­lik ta­ri­xi­mi­zin ən şan­lı sə­hi­fə­lə­rin­dən bi­ri­ni ya­zıb­lar

Konf­rans­da pro­fes­sor­lar Eti­bar Nə­cə­fovA­zər­bay­ca­nın ic­ti­mai-si­ya­si fik­rin­də Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ye­ri”, Mu­sa Qu­li­yevA­zər­bay­can is­tiq­lal hə­rə­ka­tı Mə­həm­məd Əmin Rə­sul­za­də”, do­sent­lər Ra­hib Ək­bə­rovMil­li-hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğun­da Mə­həm­məd Əmin Rə­sul­za­də­nin ro­lu”, Rə­na Bay­ra­mo­vaMə­həm­məd Əmin Rə­sul­za­də­nin mü­ha­ci­rət döv­rü fəa­liy­yə­timöv­zu­la­rın­da mə­ru­zə­lər­lə çı­xış edib­lər

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 12.