“Rəğ­bət elə tən­bu­ra, mü­ğən­ni, gəl ürək­dən...”

 

   Qə­dim mu­si­qi alət­lə­ri xal­qın ta­ri­xi, mə­də­niy­yət və mə­nə­viy­yat abi­də­si­dir. Söz sə­nə­ti xi­ri­dar­la­rın­dan Xa­qa­ni Şir­va­ni, Ni­za­mi Gən­cə­vi, Mə­həm­məd Fü­zu­li, İma­dəd­din Nə­si­mi və baş­qa­la­rı­nın poe­ma və qə­zəl­lə­rin­də müx­tə­lif çal­ğı alət­lə­ri­nin ad­la­rı çə­ki­lir. Or­ta əsr­lər­də ya­şa­yıb-ya­ra­dan bir çox rəs­sam­la­rı­mı­zın mi­nia­tür əsər­lə­rin­də də bu möv­zu­ya yer ve­ri­lib.

Mən­bə­lər­də gös­tə­ri­lir ki, tən­bur Uzaq Şərq­dən Qər­bə­dək bö­yük bir coğ­ra­fi əra­zi­də müx­tə­lif for­ma və ad­lar­la ya­yı­lıb. Bu mu­si­qi alə­tin­dən Or­ta Asi­ya türk xalq­la­rı ge­niş is­ti­fa­də edi­b. Qa­zax­lar­dadomb­ra”, qır­ğız­lar­da “dom­bu­ra”, öz­bək­lər­də “domb­rak”, türk­mən­lər­də “dan­bu­ra”, Tür­ki­yə­də isə “tan­bu­raki­mi ta­nı­nıb. Hət­ta bir çox Qərb xalq­la­rı ara­sın­da “dom­ra”, Azər­bay­can­da isə ta­ri­xən tən­bur adı ilə məş­hur olub.

Ya­xın Şərq­də ar­xeo­lo­ji qa­zın­tı­lar za­ma­nı XI əs­rə aid üzə­rin­də iki sim­li tən­bur ça­lan var­sa­ğın təs­vi­ri olan bir çi­ni boş­qab ta­pı­lıb. XII-XIII əsr­lə­rə aid bir çox sax­sı qab­la­rın da üzə­rin­də tən­bur təs­vi­ri­nə rast gə­li­nib. Bir çox mu­si­qi­şü­nas­lar dü­tar, se­tar, ça­har­tar, qo­puzon­la­ra bən­zər sim­li mu­si­qi alət­lə­ri­ni tən­bu­run növ­lə­ri he­sab edib­lər. Mə­həm­məd Fü­zu­li se­tar­la tən­bur ara­sın­da fərq gör­mə­yib. Şa­irYed­di cam” poe­ma­sı­nın “Se­tar ilə söh­bət” his­sə­sin­də bu mu­si­qi alə­tin­dən bəhs edib. Əsə­rin so­nun­da isə müt­rüb­dən alət­lə­rin sir­ri­ni öy­rə­nər­kən, hə­min alə­ti tən­bur ki­mi təs­vir edib:

 

Rəğ­bət elə tən­bu­rə, mü­ğən­ni, gəl ürək­dən, 

Rəğ­bət aça­ri­lə ona da bir qa­pı aç sən. 

Aç bir qa­pı ki, iz­har olub nə­şə­lər on­dan, 

Qəlb­lər gü­lə­rək da­im olar gül ki­mi xən­dan...”

 

 A­zər­bay­ca­nın gör­kəm­li mu­si­qi­şü­na­sı Sə­fiəd­din Ur­mə­vi (XIII) “Ki­ta­bi-əl-əd­var” əsə­rin­də iki­sim­li alət olan Xo­ra­san və Bağ­dad tən­bur­la­rı haq­qın­da ge­niş mə­lu­mat ve­rib. 

Öl­kə­miz­də bu alət or­ta əsr­lər­də ge­niş ya­yı­lıb. Qu­ru­lu­şu­nun müx­tə­lif­li­yi­nə gö­rə Şir­van tən­bu­ru adı ilə məş­hur olub. XIV-XV əs­rin məş­hur Azər­bay­can mu­si­qi­şü­na­sı Əb­dül­qa­dir Ma­ra­ğa­yi “Mə­qa­si­dül əl-əl­han” əsə­rin­də bir sı­ra mu­si­qi alət­lə­ri ilə ya­na­şı, Şir­van tən­bu­ru haq­qın­da ya­zır: “Şir­van­ tən­bu­ru o saz­dır ki, təb­riz­li­lər on­dan çox is­ti­fa­də edir. Onun qu­ru­lu­şu ar­mud şək­lin­də olur. Sət­hi uzun­dur. Ona iki tək sim bağ­la­nır. Qol­la­rın­da pər­də­lə­ri var. Elə kök­lə­nir ki, aşa­ğı si­min­də ça­lı­nan nəğ­mə yu­xa­rı si­min­də ça­lı­nan nəğ­mə­nin 8-9-na bə­ra­bər olur. “Se­gahçal­maq is­tə­dik­də şə­ha­dət bar­ma­ğı ilə aşa­ğı si­mi, baş­qa bar­maq ilə də yu­xa­rı si­mi tu­tur­san. Be­lə­lik­lə, “Se­gahiki ahəng­də ça­lı­nır”. 

Tən­bur əsa­sən baş or­ta bar­maq­la ifa olu­nur. Göv­də­si tut və ərik, üzü şam, qo­lu isə qoz ağa­cın­dan ha­zır­la­nır. 

A­raş­dır­ma­lar­da gös­tə­ri­lir ki, türk tən­bu­ru Şir­van tən­bu­run­dan ça­na­ğı­nın və sət­hi­nin ki­çik­li­yi ilə fərq­lə­nib. 1530-cu il­də us­tad Sol­tan Mə­həm­mə­din çək­di­yi “Zöh­ha­kın eda­mı” rəs­min­də yer­də otu­rub iki­tel­li, qı­sa­qol­lu Şir­van tən­bu­ru ça­lan mu­si­qi­çi­nin təs­vi­ri ve­ri­lib. Rəs­sam Mir­zə Əli 1556-cı il­də çək­di­yi “O­zan-aşıq” mi­nia­tü­rün­də də bu alə­ti təs­vir edib

Tən­bur or­ta əsr­lər­də sa­ray məc­lis­lə­rin­də də özü­nə ge­niş yer ta­pıb. Bir sı­ra mi­nia­tür­lər­də cən­nət­də­ki qa­nad­lı hu­ri-mə­lək­lər tən­bur ifa edər­kən təs­vir olu­nub. Ni­za­mi Gən­cə­vi­nin “Sir­lər xə­zi­nə­si” əsə­ri­nə çə­ki­lən rəsm­lər­də cən­nət­də­ki hu­ri-mə­lək­lər pad­şa­hı Bil­qe­yi­sin tax­tı tən­bur ça­lan mə­lək­lər­lə əha­tə olu­nub.

O­nu da de­yək ki, XIX əs­rin ikin­ci ya­rı­sın­dan eti­ba­rən Azər­bay­can­da tən­bur ifa­çı­lıq sə­nə­ti təd­ri­cən po­pul­yar­lı­ğı­nı itir­mə­yə baş­la­yıb. La­kin Şi­ma­li Qaf­qaz­da, Da­ğıs­tan­da tən­bu­run baş­qa növ­lə­ri hə­lə də ya­şa­maq­da­dır. Müa­sir tən­bur ar­mud­va­rı olub ki­çik ça­naq­danuzun qol­dan iba­rət­dir. Bu qo­la 16 pər­də bağ­la­nır. Sim­lə­rin sa­yı beş­dən çox ol­mur. Ənə­nə­vi ola­raq başor­ta bar­maq­la ça­lı­nır.

 

Sa­va­lan Fə­rə­cov

 

Mədəniyyət.- 2014.- 31 yanvar.- S. 13.