Şumer qədim Azərbaycan mədəniyyətidir

 

ABŞ-ın Sietl şəhərində yaşayan soydaşımız Tariyel Azərtürk uzun illərdir xalqımızın qədim mədəniyyətinin tədqiqi yönündə böyük işlər görür. O, elm aləminə “Şumer yazıları” kimi tanış olan gil lövhələri birbaşa olaraq Azərbaycan türklərinin mədəniyyəti ilə bağlayır və bunu tutarlı faktlarla sübut edir. Tanınmış araşdırmaçı ilə söhbətimizdə onun tədqiqatlarına nəzər saldıq.

 

- Tariyel müəllim, zəhmət olmasa, özünüz haqqında danışardınız.

- 1942-ci ildə Zəngəzur mahalının Nüvədi kəndində doğulmuşam. Azərbaycan Dövlət Tibb Universitetini bitirmişəm, ixtisasca əczaçıyam. 13 il Elmlər Akademiyasının Fiziologiya İnstitutunda çalışdım. Sonra indiki Bakı Dövlət Universitetinin biologiya fakültəsində laboratoriya müdiri işlədim. 1990-cı ildə özüm haqqında bilgiləri ABŞ-ın müxtəlif laboratoriyalarına göndərdim, Alyaskadakı laboratoriyaların biri məni işə dəvət etdi. Alyaskada, Sietldə bir neçə il biokimya laboratoriyalarında fəaliyyət göstərmişəm, hazırda təqaüdçüyəm.

- Sizin ən böyük işlərinizdən biri gil lövhələr üzərindəki qədim Şumer mədəniyyətini yenidən araşdırmağınız onu Azərbaycan türkləri ilə bağlamağınızdır. Necə oldu, bu işə başladınız?

- Bəri başdan deyim ki, “şumeradında xalq olmayıb. Heç bir tarixi-elmi qaynaq bu adda xalqın olduğunu yazmır. Bu termin klassik deşifrəçilərdən biri olmuş Yulius Oppertin 1856-cı ildə guya gil yazılardan oxuduğu termindir. O da bunu həmin çağa kimi gil yazılara yiyə çıxmaq istəyən yəhudi alimlərini susdurmaq məqsədilə edib. Mənim yazıları türk dili ilə bağlamaq niyyətim isə onların gerçəkdən aqqlütinativ (sözün kökü dəyişmir, həmişə müstəqil leksik məna bildirir - S.S.) harmonik dil daşımış bir xalq olması barədə qənaətimdən doğur. Bu yazı sistemi ilə gil lövhələrə qazılmış mətnlər sait səslərlə zəngindir. Deyilənə görə, o dildə dörd sait səs olub.

1980-ci illərdə Moskvada o zamankı Lenin Kitabxanasında bir neçə almandilli ədəbiyyatdan əldə etdiyim məlumatlar məndə belə qənaət oyatmışdı ki, onların əski mətnlərdən tərcümə edə bilmədikləri orijinal sözlər türkcə məna verir, bizim dildə səslənir. Ədəbiyyat olmadığından o cür sözlər tapmaq çətin idi. 1994-cü ildə Amerika şumerşünası S.N.Kramerin bir kitabı əlimə keçdi. O, tanınmış tərcüməçi bu sahənin əsasını qoyanlardan biri sayılır. Onun şumerlərə aid kitabında tərcümə edə bilmədiyi sözlər, frazalar olduqca çox idi. Onların çözümü sübut edirdi ki, gil yazı işarələrini müəyyən mənada düzgün deşifrə etsələr , hecalı yazı sistemi olduğundan, yazı mətnlərindəki sözlərin qəliblənməsində, modelləşdirilməsində çox böyük yanlışlığa yol verirlər. Ulularımız yazıda sözlər, cümlələr arasında heç bir ayırıcı işarə qoymayıblar. Vurğu durğu işarələri yoxdur. İki yüz ilə yaxındırtərcümələrmüəyyən süni lüğətlər yaradıb, süni dillər meydana gətiriblər. Bir sözlə, başdan-başa qatma-qarışıqlıqdır. Buna görə , hecaları hər kəs öz bildiyi, istədiyi kimi bir yerə yığır. Nəticədə türkcə yazılmış mətnlər mənaca açıla bilmir, dil azdırılır.

Bütün bu aydınlıqlardan sonra belə qərara gəldim ki, şumer dili ilə türk dilində səslərin oxşarlıqlarına söykənən çoxsaylı tədqiqatçılar da böyük səhvə yol verirlər. Qədim gil mətnlərində səsləri axtarmaq yox, elə mətnlərin özlərinə türkcə girişmək lazımdır. Onlar türkcədir türkcə semantik, fonetik qəlibləmək gərəkdir. 1994-cü ildə sağlam qalmış iri bir mətn üzərində qəlibləmə ya modelləşdirmə metodunu tətbiq etməyə başladım. İki aydan sonra o mətnin, həqiqətən, türk dilində olduğu faktı aşkarlandı...

- Şumer mədəniyyətinə daha kimlər yiyə durmaq istəyir?

- Şumer mədəniyyətinə sahib olmağa can atanlar çoxdur, ancaq heç kəs yiyə çıxa bilmir. Amerika, Avropa alimlərinin bu dilin tarixdə unikal bir dil olduğu onun ölü, diri dillərin heç biri ilə genetik qohumluğu olmadığıyalan iddiası şumerləri , onların dilini təcrid olunmuş bir duruma gətirib. Kiminsə şumeri özünün əcdadı etmək istəyi hər dəfəmütəxəssis”lər ordusu tərəfindən süngüylə qarşılanır. Amma sami qrupuna aid etdikləri, tarixdə heç olmamışakkad dili”nə elə üstünlük verirlər ki, guya şumer dilini akkad ravvinləri süni yaradıblar.

- Tariyel müəllim, bu araşdırmalarınızla nəyi üzə çıxardınız?

- Üzə çıxardıqlarımı qısaca belə sıralayardım:

Gil, mixi yazılı mətnlərin dilinin türk dili olduğu faktını. Harada vaxt qazılmalarından asılı olmayaraq, onların hamısının təmiz türk dilində səsləndiklərini;

Türkün bəşər tarixində ilkin yazı sistemini yaratdığını bir xalq kimi dünyaya İkiçayarasından yayıldığını;

Anadolu Azərbaycan türk dilinin eyni, vahid dil olduğunu, dialektlərə bölünmənin lap sonralar baş verdiyini;

İncilin mənşə kitabının türkün gil yazılarından köçürüldüyünü;

Avropa alimlərinin tərcümələrindəki yalnız fantaziya, mif, əfsanə, olmayan tanrılar, ilahələr eybəcər söz yığınlarından ibarət mənasız mətnlərdən fərqli olaraq tərcümə etdiyim materialların tarixi gerçəkləri əks etdirməsini;

Babilanda (Mesopatomiya), Həmədanda, qədim Türükkü dövlətinin ərazisində, Muğanda (Xudafərin), Naxçıvanda (İlandağ qayaüstü yazısı), İribunyedə (indiki İrəvanda), Persepolis (Təxti-Cəmşid), Tarki Tauda (Kumıkiya), qədim Ete elində (Türkiyənin Osmaniyə ilçəsində) tapılan abidələrin yazılarının təmiz türkcə olduqlarını;

Tarixöncəki pelasqların, Ete eli türklərinin, onlardan törəmiş Ete türklərinin (etruskların), eteokiprlərin türkdilli xalqlar olduqlarını;

İtali” (İtaliya) adının bizim uluların yaşadıqları Ete elindən Appeninə köç etmiş Ete türklərin (etruskların) gətirdikləri yazılı faktını;

Turanın Aralıq dənizi sahillərində kök atdığını (Herodot), Tirreniya (Turan) Adriatik (Adri Atik türk qövmləri) adlarını daşıyan dənizlər olduğunu. İndiki Fars körfəzinin qədimKəngəradının türkdilli qıpçaqların peçeneqlərin ulu əcdadları olmuş Kəngər türk tayfasının adını daşıdığını;

Anadoluda da, Lemnos, Kipr Krit adalarında da yunanlardan qabaq türklərin yaşadıqlarını;

Tarın, udun, sazın, zilin (zurnanın), əruz vəzninin, qəzəlin, xalçanın, muğamatın, Bahar bayramının ilkin yaradıcılarının türklər olduğunu s.

- Bununla bağlı neçə kitab yazmısınız?

- Amerikada Bakıda nəşr edilmiş 27 kitabın müəllifiyəm. Onlar gil yazılardan etdiyim tərcümələri özündə əks etdirir. Bunlardan ən məşhuru 1997-ci ildə çapdan çıxanƏcdadkitabıdır. Aşkar etdiyim materiallar əsasında yazdığımMixi yazılı Azəri Türk dilinin qrammatikasıəsəri çox maraqlıdır. Bir 1995-ci ildən təsis etdiyim ingilis dilində nəşr olunan, əvvəllər “The Türkic World - Türk Dünyası”, sonralar “Babylon-Azerbaijan” adlandırdığım elmi jurnalı qeyd etmək istərdim. 2010-cu ildə maddi çatışmazlıq üzündən jurnalın nəşri dayandı.

- Hazırda üzərində çalışırsınız?

- Hər biri təxminən 800 səhifə olan rus ingilis dilindəTürkün türk dilinin genezisikitablarını tamamlamaq üzrəyəm. Hər iki kitab bu il Amerikada çapdan çıxacaq.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 1 aprel.- S. 15.