Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
Ölkəmizin Sankt-Peterburqdakı baş
konsulluğunun təşkilati
dəstəyi, Sankt-Peterburqun
turizm sahəsini işıqlandıran jurnal,
qəzet və informasiya agentliklərinin
12 jurnalistinin iştirakı
ilə Azərbaycanın
turizm potensialına həsr olunmuş təqdimat keçirilib. Təqdimatda çıxış edən
baş konsul Elşad Qulamov iştirakçılara Azərbaycanda
turizm sahəsinə dövlət tərəfindən
göstərilən diqqət
və aparılan islahatlar barədə danışıb. Diplomat bildirib ki, Azərbaycanın
zəngin mədəniyyəti,
qədim tarixi abidələri, əlverişli
iqlimi, yaz-qış və müalicəvi turizm üçün yaradılmış təsislər,
yüksək səviyyəli
infrastruktur turizmin inkişafı üçün
geniş imkanlar yaradır. Baş konsul ölkə
iqtisadiyyatı və turizm sektoru ilə bağlı jurnalistləri maraqlandıran
sualları cavablandırıb.
Azərbaycan haqqında
13 dəqiqəlik film nümayiş
etdirilib və «Odlar yurdu - Azərbaycan!» adlı təqdimat
keçirilib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 1 aprel.-
S. 6.