Turizm informasiya mərkəzlərinin
elektron təbliğatı gücləndirilir
Azərbaycana gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə hazırda ölkə üzrə 9 turizm informasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzlər paytaxt Bakıda, Naxçıvan Muxtar Respublikasında, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Gəncə, Şəki və Lənkəranda yerləşir.
Turizm informasiya mərkəzləri tərəfindən
bölgələrin turizm
potensialının təşviqi məsələsi və bu sahədə onların fəaliyyətinin günün tələbinə uyğun
olaraq təkmilləşdirilməsi Mədəniyyət
və Turizm Nazirliyinin
həyata keçirdiyi prioritet
istiqamətlərdən biridir. Nazirliyin dəstəyi ilə turizm
informasiya mərkəzlərinin
saytları yenidən hazırlanır və müxtəlif dillərdə
turistlərin xidmətinə verilir. Artıq üç mərkəzin
www.guba.travel, www.sheki.travel, www.zagatala.travel internet saytları fəaliyyətdədir. Həmçinin facebook sosial şəbəkəsində bütün
turizm informasiya mərkəzlərinin səhifəsi
yaradılıb.
Mədəniyyət.- 2015.- 1 aprel.- S. 6.