Bakıda fransalı rəssamın “Xocalı” sərgisi

 

Martın 25-də “Natəvan” qalereyasında tanınmış fransalı rəssam Reno Vinsent Baltzingerin “Xocalı qırğını” sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyi, “Arts Council Azerbaijan”, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil edilən sərginin kuratoru Nurziyə Xəlilovadır.

Sərgidən əvvəl rəssam Bakıda Xocalı faciəsi qurbanlarının abidəsini ziyarət edib. Dünya tarixində soyqırımı faktları az deyil. XX əsrdə Azərbaycan xalqı iki dəfə soyqırımına məruz qalıb. Bu faciə tariximizə vəhşicəsinə qətlə yetirilmiş müdafiəsiz qadınların, qocaların və uşaqların qanı ilə həkk olunub.

Reno Vinsent Baltzinger “Xocalı” silsiləsindən kətan üzərində çəkdiyi 21 əsərində öz hissləri vasitəsilə faciəmizi bütün dünyaya göstərir.

Sərgi martın 29-dək davam edib.

 

Mədəniyyət.- 2015.- 1 aprel.- S. 5.