“Tarixin
ibrət dərsləri”
Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Tarixin ibrət dərsləri" mövzusunda tədbir keçirilib.
ATMU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov 1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsinin bir millətə qarşı soyqırımı olduğunu deyib. Qeyd edib ki, 1918-ci il martın 31-də baş verən qətliam zaman-zaman ermənilər tərəfindən törədilən vandalizmin, faciənin növbəti səhifəsi kimi yaddaşımıza yazılıb. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub. Təkcə Bakıda 12 minədək insan qətlə yetirilib.
Tədbirdə o da vurğulanıb ki, ümummilli lider Heydər
Əliyevin imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında" 1998-ci il
26 mart tarixli fərmanda
bu hadisələrə dəqiq siyasi qiymət verilib. Azərbaycanlıların
ermənilər tərəfindən soyqırımına məruz
qalması ilk dəfə rəsmi surətdə
bəyan edilib. Bu tarixi unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur.
Mədəniyyət.- 2015.- 1 aprel.-
S. 4.