Mehmanxana və turizm
şirkətlərinə lisenziya verilib
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mart ayında "Holiday İnn Baku", "Farley" istirahət mərkəzi (Xaçmaz rayonu, Meşəli qəsəbəsi) və "Şirvan" mehmanxanasına (Şamaxı şəhəri) mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Respublika ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 321-ə çatıb.
Mart ayında nazirlik tərəfindən həmçinin 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Bunlar aşağıdakı şirkətlərdir:
"Greenvvich Travel Club" Məhdud Məsuliyyətli
Cəmiyyəti (Bakı şəhəri), "RSP" MMC
(Sumqayıt şəhəri), "Bakıtrans" MMC
(Bakı şəhəri) və "Eden travel" MMC (Abşeron rayonu, Xırdalan şəhəri). Respublika ərazisində xüsusi
razılıq (lisenziya) əsasında fəaliyyət
göstərən turizm şirkətlərinin
sayı 282-yə çatıb.
Mədəniyyyət.- 2015.- 1
aprel.- S. 3.