“Tarixin
qanlı izləri”
Martın 31-də Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən hərbi hissələrin birində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixin qanlı izləri” adlı tədbir keçirib. Tədbirdə İstiqlal Muzeyində saxlanılan 1918-ci ilin mart soyqırımına dair fotoşəkillər nümayiş olunub.
Milli Məclisin üzvü, tarix elmləri doktoru Musa Qasımlı çıxış edərək tariximizin bu acı səhifəsindən söz açıb. Hərbi hissənin əsgəri özünün müəllifi olduğu şeiri söyləyib. Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şagirdləri ədəbi kompozisiya ilə çıxış ediblər.
Tədbirdə Avrasiya
Araşdırmalar Mərkəzi tərəfindən
hazırlanmış “Bakı soyqırımı” adlı sənədli
film nümayiş olunub.
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 15.