Silahlı
Qüvvələr Gününə həsr olunmuş
mahnı müsabiqəsi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə qarnizonu Zabitlər evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələr Gününə həsr olunmuş “Vətən uğrunda!” adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, müsabiqədə yaşı 18-dən 35-dək olan, yaxşı vokal qabiliyyətinə və hərbi vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilərlər.
Müsabiqəsinin əsasnaməsi və
iştirakçı anketi Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 4.