Türkiyənin media nümayəndələri Azərbaycanda
Aprelin 2-də Azərbaycan Mətbuat Şurasının dəvəti ilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ölkəmizə səfərə gəliblər. «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, “Fox”, NTV, ATV, «Kanal A», «CNN Türk» və digər telekanalların, həmçinin Anadolu Agentliyinin təmsilçilərindən ibarət heyətə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edir.
Səfərin məqsədi Azərbaycan
həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması
istiqamətində aparılan fəaliyyətə dəstək
göstərmək, o cümlədən I
Avropa Oyunları ilə bağlı həyata
keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını
təmin etmək, iki ölkə
mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdir.
Aprelin
5-dək davam edəcək səfər
proqramına Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında, Milli Məclisdə,
Heydər Əliyev Mərkəzində, I Avropa
Oyunlarının Təşkilat Komitəsində, ADA
Universitetində, Mətbuat Şurasında görüşlər,
paytaxtdakı idman qurğuları ilə
tanışlıq daxildir.
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 4.