Bakıda Pasxa bazarı
Aprelin 2-də Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində V Xeyriyyə Pasxa bazarı açılıb. Bazar Rusiyanın ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi və Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyası tərəfindən təşkil olunub. Açılışda Milli Məclisin deputatları, diplomatlar, müxtəlif konfessiyaların nümayəndələri iştirak ediblər.
Tədbirdə paytaxtın 3 nömrəli uşaq evi və zorakılıqdan zərər çəkmiş uşaqların reabilitasiya mərkəzi yetirmələrinin çəkdikləri rəsmlər, düzəltdikləri bəzək əşyaları, Azərbaycan xalq sənəti məmulatları və digər əl işləri sərgilənib.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Aleksey Konnov toplaşanları salamlayıblar. Qonaqlar qarşısında Mixaylo-Arxangelsk məbədinin kilsə xoru çıxış edib.
İki gün
davam edəcək xeyriyyə bazarında əldə
edilən vəsait valideyn himayəsindən
məhrum olmuş uşaqların ehtiyaclarının
ödənilməsinə yönəldiləcək.
Mədəniyyət.- 2015.- 3 aprel.-
S. 2.