babanın nağılı” səhnədə

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə əsərinə ictimai baxış olub. “Qoca ilə şir” Azərbaycan xalq nağılının motivləri əsasında səhnələşdirilən tamaşa babanın nağılı” adlanır.

Teatrın baş rejissoru Qurban Məsimovun quruluş verdiyi birhissəli tamaşa maraqlı mövzu və ideyası ilə seçilir. Uşaqlara dürüstlük, mübarizlik və sədaqət kimi ali insani dəyərlər aşılayan tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Anar Hüseynlidir.

Ağılın əhəmiyyətindən, güc tətbiqindən öncə ağılın qələbəsindən danışan tamaşada humanizm və məntiqin vacibliyi ana xətt təşkil edir. Komik hadisələr fonunda cərəyan edən hadisələr sonda ağılın güc üzərində qələbəsi ilə nəticələnir. Əsas obrazları teatrın aparıcı aktyorları, Əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər. Tamaşanın premyerası aprelin ortalarında olacaq.

 

Mədəniyyət.- 2015.- 3 aprel.- S. 5.