Kadr-kadr böyüyən...

 

Doqquz yaşında kinoda doğulub... qırx səkkizində kinostudiyada ölən Mirzəyev Ceyhun...

 

...Mədəniyyətimizdə isə - ölməz Ceyhun!

Ögey ana”dakı qızğın, çılğın, ərköyün “İsmayıl”-Ceyhun. “Yenilməz batalyondaa köhlən atlar!” deyə qovaladığı at arabasının sürəti qədər cürət və istedad surətli “Teymur”-Ceyhun. “Dəli Kür”də qaynar bioloji-irfani baxışlarıyla da xalqın maariflənməsinə çalışan “Osman”-Ceyhun. “Fəryad”da torpağımızın işğaldan qurtarışı üçün işgəncələrə dözüm fenomeni kimiobrazlaşan “İsmayıl”-Ceyhun...

Bioqrafik həyat sənədlərinə əsasən 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində doğulub, sənət sənədlərinə görə isə 1955-ci ildə - 9 yaşında epizodik rola çəkildiyi “Görüş” filmində...

Sonrakı iki il ərzində filmlərə “uşaq ayağından” çağırılan Ceyhun 1958-ci ildə - on iki yaşında “Ögey anaya artıq “yekə kişilər” statusunda dəvət alır.

Bəli, o, böyük, çoxları üçün “müstəqil həyat”a böyük ekrandan atılır. Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) rejissorluq fakültəsini bitirir, təhsilini Moskvada davam etdirir, “Azərbaycanfilm” kinostudiyasında müxtəlif peşələrdə çalışır. Assistentlik, rejissor köməkçisi, bədii rəhbər, parodiyaçılıq (“Mozalan”dakı arı vızıltısı!) və s. işlərin hər birində başqalarından fərqlənib.

Elə (dostlarından birinin dediyi kimi) “bir ömürdə yüzbir ömür” yaşamasıyla da hamıdan fərqlənib Ceyhun: qırx səkkiz illik ömrün otuz səkkizcəsində səksən səkkiz filmə imza atmaq Azərbaycan kino-tele məkanında kiməsə müyəssər olubmu?

 

Beləliklə...

 

Bu yazıyla bağlı “nədən başlayıb, nədə qurtarmalı” götür-qoyuma çıxışı gözəl jurnalistkinobilici Aydın Kazımzadənin xatirələrinə müraciətdə gördüm: “Vaxtilə mən “Kino” qəzetinin redaktoru işləyərkən redaksiyamız Ceyhunla bağlı çox maraqlı məktublar alırdı və C.Mirzəyevin cavabları da çox maraqlı olardı. Bununla bağlı müsahibələrinin birində o, kinoya gəlməsini belə xatırlayırdı: “Uşaqlıq illərini xatırlamaq həm xoşdur, həm də bir qədər kədərli. İnsan həyatının bu ən gözəl çağını xatırlayanların hər biri bu hissləri keçirir. Mənim uşaqlığım isə qeyri-adi olub. Çünki uşaq vaxtımdan kino mənim həyatıma həmişəlik daxil olub. Televiziya yenicə fəaliyyətə başlayanda özünün ilk eksperimentlərini keçirirdi. Mən isə “Sizin üçün, məktəblilər!” verilişini aparırdım. Yaşıma görə çox şeyi başa düşmürdüm. Lakin ətrafımda yeniliklərin baş verdiyini hiss edirdim. Ona görə də həvəslə işləyir, yığcam hekayətlər söyləyir, şeirlər deyirdim. Sonra isə həmin televerilişin aparıcısı oldum.

Televiziyada məni rejissor Tofiq Tağızadə gördü və “Görüş” filmində Şıxəlinin oğlu rolunu mənə tapşırdı. Bir ildən sonra rejissor Əjdər İbrahimovunBir məhəlləli iki nəfər” filmində qəzet satan oğlanı oynadım. Bundan sonra rejissor Həbib İsmayılovun “Ögey ana” filminə çəkildim. Mən böyük şöhrət tapan bu kinomelodramda özümün ilk baş rolumu ifa etdim”.

Layiqincə təsəvvür edib, gərəyincə fərqinə varmalı: on iki yaşında özünün baş rolu və ümumən məşhur bir bədii filmin baş qəhrəmanı! Məncə, layiqincə təsəvvür etdik və gəlin, sözün hər iki anlamında fərqinə də varaq. Məsələn, dahi rus ədibi Mixail Şoloxovun eyniadlı povesti əsasında çəkilmiş “İnsanın taleyi” filmindəki Vanyanı xatırlayaq. O vaxtlar o rus uşağının istedadına heyrət etməyən bir sovet tamaşaçısı vardımı?! Mən isə nəinki heyrətə, hətta milli qısqanclığa da giriftar olmuşdum. Amma elə kiÖgey anaekranlara çıxdı, 11-12 yaşlı Ceyhunun fenomenal İsmayılını gördüm, dedim, yox, millətin istedadı, kamil-qabilliyi heçonun say çoxluğunaya imperat-etiketinə dəlalət etmirmiş...

İndi, gəlin, onun həmin filmdəki bir neçə epizodunu xatırlayaq. Anasını çox erkən itirmiş, filmin kadrarxası duyurtularına görə, müasir düşüncəli atası və “qarı” təfəkkürlü nənəsilə qarşılıqlı məhəbbət ab-havasında yaşamış bu uşaq məlum konfliktlərə qədər necə də saf, idillik duyğular daşıyıcısı kimi görünür! Amma, sən demə, anadan yetimlik səbəbilə bu uşağa ata və nənənin qədərindən artıq diqqət və məhəbbəti onu ağanəfs bir xudbinə çeviribmiş. O, evlərində baş verən son dəyişikliyi - atasının şəhərdən gətirdiyi ögey anaögey bacını heç vəchlə qəbul etmək istəmir. Onun fikrincə, atası yalnız ona məxsusdur; bu qüvvətli-qüdrətli Arif kişini yalnız İsmayıl əzizləyə, özü isə yalnız doğma atası tərəfindən əzizlənib-oxşanıla bilər! ...Deyək ki, bu sayaq melodramatik səhnələr dünya kinosunda az deyil, ancaq məqamların Ceyhun həlli, zənnimcə, “ya bir olar, ya iki” civarındadır. Bu qənaətimin təsdiqi üçün Dilarənin (ögey ananın!) onun dərs gündəliyini Arifin (doğma atasının!) diqqətindən yayındırarkən hansı hiss-həyəcanlar keçirdiyi anları, qarşısındakı ögeyi tez-gec doğmalaşdıracağı ehtimalını necə bəyanlaması əhvalını xatırlayın. Hələ xoş gün, xoş ovqatlılıq sarıdan çox bəxtikəm olan bu uşağın kefinin duru vaxtında meşə ilə üzü bizə tərəf gəlirkən əlindəki çubuqla necə filarmonik dirijorluq etməsi!..

Bunlar hamısı uşaqlıqda...

 

Bəs sonralar?..

 

Bu sualı yarımbaşlığa elə-belədən çıxarmadım. Belə ki, Ceyhun Mirzəyevin sonrakı illər işləri - gənclik ahıllıq yaşlarında araya-ərsəyə gətirdiyi neçə-neçə aktyorluq, rejissorluq, “Mozalan”lıq məhsulları yeniyetməlik çağlarında nail olduqlarına nisbətdə heç böyümüş kimi görsənmədi. Bu, bəlkə ciddi kino mütəxəssislərinin mövzusudur, lakin aydın yaxşı ilə bəlli pisi ayırd etmək üçün sadə tamaşaçı gözü bəs edər. Yəni mən məsələninniyə-nədən”indən deyil, sadəcə, nəticəsindən danışıram. Davam edim ki, “Fəryadfilmində yaratdığı İsmayıl obrazı istisna edilməklə, sonrakı işlərinin heç birində Ceyhun MirzəyeviÖgey ana”dakı İsmayıl ampluasında görmədik. O, ilk (Ögey ana”dakı) İsmayıldan əlavə, T.TağızadəninƏsl dost”unda Fərmanın uşaqlığı, “Mateo Falkone”də Fortunato, rejissor Q.KoltunovunLenfilmkinostudiyasında (1961, Rusiya) çəkdiyiQara qağayıbədii filmində gənc vətənpərvər Manollo kimi maraqlı rollar yaratmışdı çəkiliş vaxtı Sergey Yurski, Hikolay Volkov, İqor Dmitriyev, Anatoli Adoskin kimi tanınmış aktyorlar Ceyhunugələcəyin məşhurureplikası ilə öyürmüşlər...

O, bu etimadı böyük ekranda ilk işi olanBəyin oğurlanması... son işi olan (bir çox mükafatlara layiq görülən) “Fəryad”la doğrultdu. Amma bunlar yenə o deyildi, 12 yaşlı İsmayıl-Ceyhunluğu tam doğrultmurdu...

Deyirəm, bəlkə elə buna görə o, son işinin - “Fəryad”ın premyerasına səbr edə bilmədi; studiyada çəkiliş vaxtı özünü pis hiss etdi, evə güclə çatdırıldı dünyasını dəyişdi...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 13.