Türk dünyası mediasına həsr olunmuş konfrans

 

Ötən həftə Türkiyənin Bartın UniversitetiTürkdilli Ölkələrin Jurnalistlər Dərnəyi tərəfindən türk xalqlarının və toplumlarının mediasına həsr olunmuş konfrans keçirilib. Tədbirdə çıxış edən Bartın Universiteti ədəbiyyat fakültəsinin müasir türk ləhcələri və ədəbiyyatı şöbəsinin rəhbəri, dosent Alsou Kamaliyeva türk dünyasında Tatarıstan mediasının tutduğu yerdən söz açıb.

Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin rəhbəri Güngör Yavuzaslan türk dünyasında mətbuat qurumlarının ümumi mənzərəsini ətraflı dəyərləndirib, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də Suriya türkmən mediasından bəhs edib. Qeyd olunub ki, Azərbaycanda 3500-dən çox qəzet, jurnal, televiziya, radio və xəbər agentlikləri fəaliyyət göstərir. Həmçinin Türkiyədən TRT kanalı Azərbaycanda yayımlanır.

Bartın Universiteti ədəbiyyat fakültəsinin əməkdaşı Alp Eren Demirkaya türktatar atalar sözlərindən bəhs edərək türkdilli ölkələrlə Türkiyə arasında tarixi bağlardan danışıb.

Tədbirdə Şərqi Türküstandan olan Mücahit Kaşğarlı ifa etdiyi şeirlərlə qonaqların zövqünü oxşayıb. Bartın Universitetinin rektoru, professor Ramazan Kaplan ona üzərində Mahmud Kaşğarlının rəsmi olan tablo hədiyyə edib. Tədbir tatar dilində ifa edilən mahnılarla başa çatıb.

 

Mehparə

 

Mədəniyyət.- 2015.-  8 aprel.- S. 12.