QHT-lərin mədəniyyət tədbirləri ilə bağlı müsabiqəyə yekun vurulub

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2015-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. "Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği", "Mədəni irstarixi abidələrimizin təbliği", "Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir", "Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi" istiqamətləri üzrə müsabiqə komissiyasına ümumilikdə 86 tədbir təklifi təqdim olunub.

54 layihə "Mədəni irstarixi abidələrimizin təbliği", 15 layihə “Bakı-2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği", 7 layihə "Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir", 2 layihə "Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi" istiqamətində olub. 8 layihə şərtlərə cavab vermədiyi üçün ilkin seleksiyadan keçməyib.

Müsabiqə komissiyasına təqdim olunmuş təkliflər təhlil edilərək aşağıdakı tədbirlər üzrə qaliblər seçilib.

"Mədəni irstarixi abidələrimizin təbliği" üzrə: "Azərbaycan Yaradıcılıq Fondu"nun "Qafqaz Albaniyasına səyahət" layihəsi; "Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin "Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!" layihəsi.

“Bakı-2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği": “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin “Azərbaycan milli geyimləri sərgisi" layihəsi, “Azərbaycan İnkişaf Mərkəzi" İctimai Birliyinin "Milli geyimlərimizin dünəni və bugünü" layihəsi və "Dan" Beynəlmiləlçi Gənclər İctimai Birliyinin “Azərbaycan milli geyimlərinin təbliğ məqsədilə promo-video çarxın hazırlanması" layihəsi.

"Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir": Azərbaycan Aşıqlar Birliyinin "Sarıtel - gənc aşıqların səs incisi" layihəsi.

"Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi": "Azərbaycan Prodüserlər Gildiyası" İctimai Birliyinin "Regionlarda kino yayımı fəaliyyətinin tənzimlənməsi, yeni çəkilmiş Azərbaycan filmlərinin və animasiya, cizgi, animasiya kinosuya cizgi filmlərinin nümayişi, kino sahəsində müasir texnologiyaların öyrənilməsi və tətbiq edilməsi və gənclərimizin bu sahəyə marağının artırılması" layihəsi.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 11.