Bakı Prosesi”nə həsr olunmuş təqdimat

 

Aprelin 3-də Azərbaycan Turizm Menecment Universitetində (ATMU) “Bakı Prosesi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat mərasimi keçirilib.

ATMU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, indiyə qədər keçirilən iki forumda universitetin tələbələri fəal iştirak ediblər. Bu il mayın 18-19-da Bakıda III Dünya Mədəniyyətlərarası Dialoq Forumu gerçəkləşəcək.

Beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu təsdiqləyən, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası İSESCO-nun tərəfdaş olduğu mötəbər tədbirdə beş qitədən 800-dək nümayəndənin iştirakı nəzərdə tutulur.

Tədbirdə Mədəniyyət Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Elm sektorunun müdiri Asif Usubəliyev forumun prioritetləri Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilənBakı Prosesibarədə təqdimatla çıxış ediblər. Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 9.