Azərbaycan regionun turizm mərkəzinə çevrilir
Prezident
İlham Əliyev bu il
14-cü dəfə keçirilən
Azərbaycan beynəlxalq
turizm və səyahətlər sərgisi
ilə tanış olub
Xəbər verdiyimiz kimi,
2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində XIV Azərbaycan
beynəlxalq turizm və səyahətlər
sərgisi (“AİTF-2015”) keçirilib.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də sərgi ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və
xanımına sərgi
barədə məlumat
verib. Bildirilib ki, AİTF sərgisi ənənəvi olaraq Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə keçirilir, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası
tərəfindən dəstəklənir.
Tədbirdə iştirak edən
ölkə və şirkətlərin sayı
ildən-ilə artmaqdadır.
2002-ci ildə sərgiyə
14 ölkə qatılmışdısa,
bu il
onların sayı 42-yə
çatıb. Builki sərgidə
ümumilikdə 371 şirkət
80-dək turizm istiqamətini
təqdim edir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Mədəniyyət və
Turizm Nazirliyinin stendi ilə tanış olublar.
Qeyd edilib ki, əlverişli coğrafi mövqeyi, zəngin iqlimi, flora və faunası, qədim tarixi və mədəniyyəti
olan Azərbaycan sürətli iqtisadi və sosial inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz turizm mərkəzi kimi də bütün
dünyada tanınır.
Son illərdə Azərbaycanın turizm potensialını nümayiş
etdirmək məqsədilə
bir sıra mühüm tədbirlər
keçirilir. Onların
arasında Bakıda hər il
keçirilən beynəlxalq
turizm və səyahətlər sərgisinin
xüsusi rolu var. Bu sərgi ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış
tədbiri hesab edilir. Sərgi həm turizm
peşəkarlarına, həm
də bütün səyahət həvəskarlarına
gözəl imkanlar yaradır. Eyni zamanda Azərbaycanın
zəngin turizm potensialını xarici iştirakçılara əyani
şəkildə göstərir.
Bildirilib ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu
ildə yaradılıb. Qurum turizm
şirkətlərini birləşdirir,
onların fəaliyyətini
əlaqələndirir. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür.
Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən
çox mehmanxana kompleksi daxildir.
Turizm sahəsinə
göstərilən dövlət
qayğısı, Bakı
ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması
Azərbaycana gələn
turistlərin sayının
ildən-ilə artmasına
səbəb olub. Ölkəmizin regionları da sərgidə geniş təmsil olunur. Burada bölgələrimizin turizm
imkanları ilə bərabər milli adətlərimiz, mətbəximiz,
tarixi abidələrimiz
barədə ətraflı
məlumat verilir.
Naxçıvan stendi ilə
tanışlıq zamanı
bildirilib ki, muxtar respublika 6 hotel kompleksi ilə təmsil olunur. Son 20 ildə Naxçıvana
gedən turistlərin
sayı 20 dəfədən
çox artıb.
Sərgidə təmsil olunan
“Dalğa beach Aquapark”
istirahət mərkəzi
Abşeron yarımadasının
ən mənzərəli
yerlərindən olan Mərdəkanda yerləşir.
Burada müştərilərin istirahətini
yüksək səviyyədə
təşkil etmək
üçün zəruri
şərait yaradılıb.
Sərgidə regionun aparıcı aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC və onun tərəfdaşı
kimi “SilkWay” şirkəti də iştirak edir. Məlumat verilib
ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı dünyanın
18 ən yaxşı dördulduzlu terminalları
sırasındadır.
Prezident
müxtəlif ölkələrin
stendləri ilə də tanış
olub. Bildirilib ki, İran İslam Respublikası sərgiyə 5 şirkətlə
qatılıb. Onlar
Təbriz, Urmiya, Ərdəbil və digər şəhərləri
təmsil edir.
Maldiv Respublikası
ilk dəfə AİTF sərgisinə
qatılıb və 5
turizm şirkəti ilə təmsil olunur. Maldivdən gələn şirkətlər
əsasən yay və ekzotik turizm növləri üzrə xidmətlərini
təqdim edir.
Malayziyanın turizm şirkətləri sərgiyə gələn
qonaqlara əsasən ekzotik turizm marşrutları üzrə
xidmətləri təklif
edirlər.
Macarıstan artıq 3-cü dəfədir
ki, sərgiyə qatılıb. Bu ölkənin
stendində milli stendlə yanaşı, 3 turizm operatoru da xidmətlərini təklif edir. Burada təklif olunan turizm istiqamətləri əsasən ekskursiya, ov və tibbi
istiqamətlər üzrədir.
Argentina isə Turizm
Nazirliyinin milli stendi ilə təmsil olunur. Stenddə bu
ölkənin mətbəxi,
şirniyyatları və
adətləri barədə
məlumat verilir.
Hindistan sərgiyə 2010-cu ildən
qatılır. Bu dəfə
sərgiyə gələn
şirkətlərin sayı
artaraq 7-yə çatıb.
İkinci dəfə sərgiyə qatılan Dominikan Respublikası 16 turizm şirkəti ilə təmsil olunur. Bu ölkənin şirkətləri
Azərbaycan vətəndaşları
üçün eksklüziv
təkliflərlə çıxış
edir.
Sərgidə qardaş Türkiyə
30-dan çox turizm şirkəti və idarəsi ilə təmsil olunur. Qars, Ərdahan,
İqdır, Ərzurum,
Alanya, Antalya, Bodrum, Mardin kimi səfalı
məkanların geniş
turizm imkanlarının
təqdim olunduğu stenddə ziyarətçilərə
yay-qış turizminin
bir çox xidmətləri təklif edilir.
Sloveniyanın stendində 16 turoperator öz xidmətlərini təklif edir. Buraya əsasən
tibbi-müalicəvi istiqamətlər
daxildir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində AİTF sərgisi
ilə yanaşı keçirilən IX Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün
avadanlıq və ləvazimatlar sərgisi
(“HOREX Caucasus-2015”) ilə də
tanış olublar.
Sərgidə Azərbaycan, İtaliya,
Koreya Respublikası, Litva, Rusiya və
Türkiyənin aparıcı
şirkətləri iştirak
edir. Ölkədə mehmanxana, restoran,
idman kompleksləri və biznes mərkəzlərinin intensiv
tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi
olduqca aktualdır.
Dövlətimizin başçısı II Xəzər
beynəlxalq katerlər
və yaxtalar sərgisinə (“CIBS-2015”) də
baxıb. Bu sərgi
Xəzər regionunda katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlığı,
yaxt-klublar, su idmanı, su nəqliyyatı və bu istiqamətdə digər sektorlarda fəaliyyət göstərən
şirkətləri özündə
birləşdirən yeganə
ixtisaslaşdırılmış tədbirdir. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və
Ukraynanı əhatə
edir.
Dövlətimizin başçısı sərgilərin
işinə uğurlar
arzulayıb.
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 8.