Xalq yazıçısı Elçinin əsəri Türkiyədə mükafata layiq görülüb

 

Azərbaycanın Xalq yazıçısı ElçininŞekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Türkiyədə Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncüRotaryteatr mükafatına layiq görülüb. Bu, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın quruluş verdiyi tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.

Klubun qərarı ilə Məlahət Abbasovaİlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.

Xatırladaq ki, “Şekspirin Türkiyədə səhnələşdirilməsi Elçinin bu əsərinin qardaş ölkədə sürətlə populyarlaşmasına gətirib çıxarıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır. Təkcə ötən il tamaşada oynayan 5 aktyorİlin ən yaxşı aktyoru” mükafatına sahib olub. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 5.