Gənclərin
yaradıcılıq uğurları
Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Həşim Həşimov Almaniyanın Muehlaker şəhərində keçirilmiş “Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq” adlı beynəlxalq müsabiqədə ikinci dərəcəli diploma layiq görülüb.
Əməkdar müəllim Kamilla Əmirovanın yetirməsi olan gənc pianoçu bu il habelə Serbiyanın paytaxtı Belqradda keçirilmiş “Davorin Jenko” adına beynəlxalq müsabiqədə birinci dərəcəli diplomla təltif olunub.
Məktəbin bəstəkarlıq ixtisası
üzrə şagirdi Arzu
Abbasovanın skripka və fortepiano
üçün yazılmış
“Dalğaların rəqsi” (Dance of the waves)
əsəri isə Nyu-Yorkda gənc
qadın bəstəkarların müsabiqəsində mükafata layiq görülüb.
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 5.