Gənc bəstəkarın
əsərləri Amerikada səslənir
Nyu-Yorkda keçirilmiş “Simli alətlər - XXI əsrin musiqisi” beynəlxalq festivalında gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin “In absentia” əsəri ifa olunub. Əsəri amerikalı skripkaçı Erika Dikker ustalıqla səsləndirib.
Türkər Qasımzadə bildirib ki, aprelin 2-də ABŞ-ın Sinsinnati şəhərində keçirilən incəsənət festivalı çərçivəsində amerikalı violonçelçi Qreqori Roland Evansın ifasında onun solo violonçel üçün yazdığı “Tövbələr” əsəri səsləndirilib. Əsər aprelin 17-si və 19-da Sinsinnatidə digər konsertlərdə də ifa olunacaq.
Qeyd edək ki,
hazırda ABŞ-da olan
Türkər Qasımzadə Manhetten
Konservatoriyasının (magistr dərəcəsi)
və Sinsinnati Universitetinin
(doktor dərəcəsi) məzunudur. O, hər
iki musiqi müəssisəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə
təhsil alıb.
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 3.