“Axınla aşağı” iki festivala dəvət alıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
2014-cü ildə lentə
alınan “Axınla aşağı” tammetrajlı
bədii filmi ABŞ-da keçiriləcək iki beynəlxalq festivala dəvət alıb.
Rejissor Asif Rüstəmovun filmi 10-19 aprel tarixində Hyustonda beynəlxalq festivalın əsas proqramında yer alıb. Film həmçinin 30 aprel - 7 may tarixlərində
Los Ancelesdə festivalda
nümayiş etdiriləcək.
Festival Amerika Kino Akademiyasının dəstəyi
ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.
“Axınla aşağı”
filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu
rəssamı Rafiz İsmayılov, bəstəkarı
Xəyyam Mirzəzadə,
icraçı prodüseri
Nadir Əliyev, prodüseri
Müşfiq Hətəmovdur.
Rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska,
Teymur Məmmədov və digərləri canlandırıblar.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 8 aprel.-
S. 3.