Qara dəniz ölkələri turizm üzrə işçi qrupunun iclası

 

Aprelin 7-də Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) turizm üzrə işçi qrupunun iclası işə başlayıb. İkigünlük toplantıda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev iştirak edir.

İclas çərçivəsində QDİƏT-ə üzv ölkələrdə davamlı turizm sahəsində ən yaxşı təcrübələrin tətbiqi, təşkil edilən turizm tədbirləri və sərgilərində qarşılıqlı iştirak, turizmin xüsusi növləri üzrə əməkdaşlıqların qurulması və bir sıra digər mühüm məsələlər müzakirə ediləcək. Həmçinin 23 aprel tarixində Moldovanın Kişineu şəhərində keçiriləcək QDİƏT ölkələri nazirlər görüşü üçün müzakirələr və hazırlıq işlərinin aparılması nəzərdə tutulub.

QDİƏT-in turizm üzrə işçi qrupunun iclasında Azərbaycan, Moldova, Türkiyə, Ukrayna, Rusiya, Rumıniya və digər ölkələr təmsil olunur.

 

Mədəniyyət.- 2015.- 8 aprel.- S. 2.