“Kəlbəcərsiz
keçən illər”
Aprelin 2-də Şəki
şəhər MKS-nin İ.S.Nakam
adına Mərkəzi kitabxanasında Kəlbəcər rayonunun işğalının il
dönümü ilə əlaqədar “Kəlbəcərsiz
22 il” adlı elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Şəki Pedaqoji
Kollecinin direktor müavini M.Məmmədov, oxu
zalının müdiri Yaqut
Sadıxlı, xidmət və abonement
şöbəsinin müdiri Məlahət
Cabbarlı mövzu ilə bağlı
çıxış ediblər. Çıxışlarda bu gün işğal
altındakı torpaqlarımızın düşmən
tapdağından azad
olunacağına inam ifadə olunub.
Mədəniyyət.- 2015.- 10
aprel.- S. 13.