Bənzərsiz pedaqoq, böyük musiqiçi

 

Azərbaycan pianoçuluq məktəbinin təşəkkülü və inkişafında böyük xidmətlər göstərmiş sənətkarlardan biri də Əməkdar incəsənət xadimi Georgi Şaroyev olub.

Georgi Georgiyeviç Şaroyev 1890-cı ildə Moskvada anadan olub. Moskva Konservatoriyasında Q.Paxulski, V.Safonov, K.İqumnov kimi məşhur pedaqoqlardan dərs alıb. Sonra ailəsi Sankt-Peterburq şəhərinə köçdüyündən o, təhsilini Sankt-Peterburq Konservatoriyasında davam etdirir. Görkəmli rus pianoçuları M.Benua A.Yesipovanın tələbəsi olur. Bu pedaqoqlar onun bir pianoçu müəllim kimi yetişməsində böyük rol oynayırlar. G.Şaroyev sonrakı pedaqoji fəaliyyətində onların ənənələrini nümunə kimi təbliğ edib.

Sankt-Peterburq Konservatoriyasını bitirdikdən sonra istedadlı musiqiçi 1918-ci ildə musiqi müəllimi kimi Bakıya dəvət olunur taleyini ömürlük bu şəhərlə bağlayır. O, respublikamızda mədəniyyətin inkişafında böyük xidmətləri olan Ü.Hacıbəyli M.Maqomayevlə milli musiqiçi kadrların hazırlanması yolunda əzmlə çalışır.

1919-cu ildə G.Şaroyev Rus Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərən Bakı Musiqi Texnikumuna baş müəllim vəzifəsinə təyin olunur. 1920-ci ildə bu texnikumun əsasında Azərbaycan Dövlət Konservatoriyası yaradılır. O, burada fortepiano kafedrasının dosenti professoru, kafedra müdiri, fortepiano fakültəsinin dekanı, konservatoriyanın elmi tədris işləri üzrə prorektoru olub.

Musiqiçinin Azərbaycanda geniş maarifçilik, pedaqoji ifaçılıq ictimai fəaliyyəti yarım əsr davam edib. Ü.Hacıbəyli G.Şaroyevə böyük hörmətlə yanaşıb, onu istedadlı pianoçu pedaqoq kimi yüksək qiymətləndirib. Eyni zamanda musiqi təhsili ilə bağlı məsələlərdə ona çox etibar edib.

G.Şaroyev geniş dünyagörüşünə, nadir erudisiyaya tükənməz yaradıcılıq qüvvəsinə malik bir şəxs olub. O, həm bacarıqlı konsertmeyster kimi tanınıb. Ancaq musiqi pedaqogikası sahəsində daha böyük uğurlar əldə edib.

Görkəmli sənətkar Azərbaycanda pianoçular nəslinin yetişməsində mühüm rol oynayıb. Musiqiçinin yetirmələrinin əksəriyyəti sonradan onunla birlikdə çalışıb. Onlardan tanınmış pianoçu, Xalq artisti Kövkəb Səfərəliyeva, Elmira Nəzirova Çingiz Sadıqovu göstərmək olar. V.Mustafazadə, S.Daşdəmirova, F.Quliyeva, E.Vəlizadə onun məktəbini keçənlərdir. Bütün bunlar onun böyük bir ifaçılıq məktəbi yaratdığının bariz nümunəsidir.

Böyük bəstəkar, SSRİ Xalq artisti Qara Qarayev fortepiano sənətinin sirlərini ondan öyrənib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Q.Qarayevin G.Şaroyeva göndərdiyi təşəkkür məktubu saxlanılır.

Tanınmış musiqiçinin bir pedaqoq kimi ən gözəl xüsusiyyəti onun tələbələrinə sənət yoldaşlarına çox səmimi təmənnasız yardım etməsi olub. O, tələbənin zövqünü, istedadını qiymətləndirməyi onlarda sənətə maraq, həvəs yaratmağı böyük ustalıqla bacarıb. Hər bir tələbəyə fərdi yanaşıb. Dərsdə onlarla ədəbiyyat, təsviri sənət barədə söhbətlər aparıb. Xüsusilə, opera tamaşalarına konsertlərə getməyi tövsiyə edib.

G.Şaroyev ictimai işlərdə fəal olub. Onun təşəbbüsü rəhbərliyi ilə 1934-35-ci illərdə Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbi təşkil edilib. Uzun illər həmin məktəbin direktoru olub. Məktəbdə dərs demək üçün öz sənət yoldaşlarını tələbələrini, konservatoriyanın professor müəllimlərini (S.Bretanitski, V.Anşelleviç, K.Səfərəliyeva, A.Şvarts s.) dəvət edir.

Məktəbdəki ruh yüksəkliyi, müəllimlərin təmənnasız fədakar işi bəhrəsiz qalmır. 1975-ci ildə tədris prosesinin səviyyəsinin yüksəldilməsi ilə əlaqədar məktəb 10 illik orta ixtisas musiqi məktəbi statusu alır. Tədris prosesinin bütün mərhələləri üzrə ixtisas nəzəri fənlər genişləndirilir. 1961-ci ildə isə məktəb 11 illik təhsil sisteminə keçir. Georgi Şaroyev 1969-cu ildə vəfat edir. Bu gün paytaxtdakı 35 saylı uşaq musiqi məktəbi onun adını daşıyır.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 10 aprel.- S. 11.