Macarıstanda
Bakı haqqında film çəkilib
Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə “Dünya paytaxtları” silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb. Müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa kimi paytaxtlardan bəhs edən filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı ekran işi yerli telekanallarla nümayiş etdirilib.
26 dəqiqəlik film
Budapeştdən Bakıya, artıq neçə ildən bəri
burada yaşayan rəfiqəsinin
yanına gələn macar gəncinin
ölkəmizin paytaxtı ilə
tanışlığını əks etdirir.
Onlar birlikdə Bakı və şəhərətrafını
gəzib dolaşırlar. Qobustan
qayalarına, neft mədənlərinə,
Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Tar musiqisi ilə müşayiət olunan film boyu
iki macar gənci
ölkəmiz haqqında təəssüratlarını bölüşür, həmvətənlərini
turist kimi Bakıya gəlməyə,
Azərbaycanla daha yaxından tanış olmağa səsləyir.
Mədəniyyət.- 2015.- 10aprel.-
S. 11.